“Dövlət qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq”
Tarix: 23.06.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin son variantını Nazirlər Kabinetinə təqdim etmişik. Belə məcəllə səhv etmirəmsə iki və ya üç ölkədə var. Biz istəyirik ki, Azərbaycanında da Dövlət Qulluğu Məcəlləsi olsun”.
Bunu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. Komissiya sədri bildirib ki, məcəllə qəbul olunacağı təqdirdə Dövlət Qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq. B. Xəlilov qeyd edib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə bəzi dövlət orqanları ciddi yanaşmayıb: “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hətta inkişaf etmiş ölkələrdə risklə qarşılanır. Biz bu işin vacibliyini nəzərə alıb təlimlər keçirdik və Azərbaycana uyğun olan təcrübəni tətbiq etdik. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları 2014-cü ildə təsdiqlənib. Bu işdə müəyyən qədər subyektivlik var. Hazırda bütün dövlət orqanlarında qiymətləndirmə aparılır. Hansı dövlət orqanları bu işə ciddi yanaşıb, hansı ciddi yanaşmayıb bu barədə mənim məlumatım var. Adını açıqlamayacağam, bir icra hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin ən aşağı qiyməti 5 ballıq sistemdə 4,6 balla qiymətləndirilmişdi. Bu, qeyri-mümkündür. Deməli, onlar bu işə ciddi yanaşmayıblar. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi asan məsələ deyil. Bu bizə ilk növbədə dövlət qulluqçularının güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə isə karyera yüksəlişi üçün vasitədir. Bu işdə kimin kimdənsə xoşu gəlmir prinsipi ilə hərəkət etmək olmaz”. Komissiya sədri onu da əlavə edib ki, dövlət qulluğu sahəsində etik davranışla bağlı müəyyən problemlər var: “Biz vətəndaşlara xidməti yüksək səviyyədə göstərməliyik. Dövlət qulluğu ilə bağlı standartlar var və hər kəs bu standartlara əməl etməlidir. Vətəndaşlar xidmətdən məmnun qalmalıdır. Təəssüf ki, bu məsələdə bir sıra problemlər var. İnanıram ki, gələcəkdə bu sahədə problemlər azalacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info