Neftçalanın baş memarı: “Avtomobilin kimlərsə tərəfindən yandırılması yanlış informasiyadır”
Tarix: 29.01.2013 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Ötən gün bəzi KİV-də Neftçala Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Rüstəm Tahirovun “Toyota Prado” markalı avtomobilinin yandırıldığına dair xəbərdən sonra gün ərzində bu rayonda xalq etirazlarının baş qaldırdığı kimi söz-söhbətlər yayılmağa başladı. Gün ərzində bu istiqamətdə ara-sıra gələn xəbərlər təsdiqini tapmadan geniş yayıldı.
“SİA”nın xəbərinə görə, baş memar açıqlama verərək bildirib ki, avtomobili 28 yanvar tarixdə gecə saat 03:02 radələrində güclü enerji verdiyindən alışıb yanıb: “Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, qalan hissəsi isə xəsarət almayıb. Avtomobilin kimlərsə tərəfindən yandırılması yanlış informasiyadır. Avtomobilimin yanmasının səbəbkarı özüm olduğum üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişəm”.
Sahibkarların narazılığına gəldikdə isə Tahir Rüstəmov bildirib ki, Neftçala rayonunun mərkəzində Heydər Əliyev prospektində, yaşıllıq zonasında ağacların arasında tikilən 24 mağaza qanunsuz olduğu üçün vətəndaşların razılığı ilə sökülərək başqa əraziyə köçürülməsi üçün yer verilib. Yeni tikilən bütün mağazaların sənədləri qanuna müvafiq olaraq mağaza sahiblərinə təqdim edilib.
“Mənim nazir Kəmaləddin Heydərovla sinif yoldaşı olmağım yalandır. Mən K.Heydərovu bir nazir kimi tanıyıram, bundan əlavə heç bir qohumluq və tanışlıq əlaqəmiz yoxdur” - deyə şöbə müdiri sözlərinə əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info