Fransalı deputatlar ilk Avropa Oyunları ilə bağlı bəyanat yayıb
Tarix: 23.06.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Cəmiyyətinin prezidenti, deputat Jan Fransua Mansel, Cəmiyyətin vitse-prezidenti, senator Natali Qule, Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri, senator Andre Rişar və digər fransalı parlamentarilər “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı bəyanat yayıblar. AZƏRTAC “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bəyanatda birinci Avropa Oyunlarının açılış mərasimində Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərinin nümayiş etdirildiyi bildirilir. “Bakıda Avropa Oyunlarının açılış mərasimində biz mükəmməl təşkilatçılığın şahidi olduq. Bu, azərbaycanlılarda ruh yüksəkliyinin olmasını və onların problemlərin öhdəsindən gəlmək bacarığını göstərir. Otuz ay ərzində Azərbaycan 50 ölkənin 20 idman növü üzrə 6 min atletini qəbul etmək üçün ən səmərəli təşkilatçılığa nail oldu. Açılış mərasimi insanların öz tarixi və mədəni köklərindən necə qürurlandıqlarını göstərdi, o cümlədən Olimpiadanın qonaqpərvərlik və qardaşlıq dəyərlərini nümayiş etdirdi. Hətta Azərbaycan ilə faciəvi və ədalətsiz ərazi münaqişəsinə girən Ermənistan belə, digər ölkələr kimi yarışlarda iştirak etdi. Əcnəbi şərhçilər Azərbaycan xalqının bu Oyunlardan əziyyət çəkəcəyini deyirdi. Lakin 68 min izləyicinin stadiondakı ruh yüksəkliyini, gecə saatlarında ailələri ilə açılış mərasimindən qayıtmalarını, Oyunlarla bağlı bütün tədbirlərdə sevinclə iştirak etmələrini görmək kifayətdir ki, insanların Oyunları keçirməkdən necə qürurlandıqlarını hiss edəsən”, - deyə bəyanatda bildirilir. Sənəddə Azərbaycanda qadınlara hətta Fransadan 30 il əvvəl seçib-seçilmək hüququ verildiyi qeyd olunur: “Dünyanın digər yerlərində dinlərin faciələrlə qarşılaşdığı bir vaxtda burada şiələr, sünnilər, yəhudilər, xristianlar harmoniya, qarşılıqlı hörmət şəraitində yaşayırlar”. Bəyanatda Avropanın, xüsusilə Fransanın Azərbaycan ilə bağlı sistemli tənqidlərinin düzəlməz təsirlər yarada biləcəyi deyilir: “Müstəqilliyini 24 ildir ki, bərpa edən bu ölkəni qaralamaq yerinə, onun siyasi, iqtisadi və sosial inkişafından danışmaq daha yaxşı olardı. Fransa mətbuatında Azərbaycan və onun liderinə qarşı haqsızlıq edilir. Ölkənin reallığını görmək üçün oraya getmək kifayətdir. Ümid edək ki, Parisdə oturub Bakı haqqında yox, tezliklə Bakıdan Bakı haqqında yazılacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info