ABŞ silahlı insidentlər ölkəsinə çevrilir
Tarix: 23.06.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


ABŞ-da polisin silahsız vətəndaşlara atəş açması bu ölkədə polis-vətəndaş münasibətlərində ciddi problemin olduğunu, xüsusən də bu olaylarda daha çox qaradərililərin zərər çəkmələrinin fonunda irqi problemlərin çoxalmasından xəbər verir. Amma amerikalıları bununla bərabər başqa bir məsələ də narahat edir. Mülki şəxslərin vətəndaşlara atəş açması, silahlı insidentlərin sayının artması. Bu ölkədə artıq heç bir səbəb olmadan ictimai yerlərdə insanlara atəş açılması adi hal alıb. Təsadüfi deyil ki, az qala hər bir amerikalı öz evində silah saxlayır. Qanunsuz silah daşıma, silah satışı isə ABŞ-da adi hala çevrilib. Görünür bu səbəbdəndir ki, adi aqressiyası olandan tutmuş psixoloji problemi olan şəxsə qədər hər kəs düşdüyü çətinlikdən, depressiyadan çıxış yolunu silaha əl atmaqda və kütləvi qətllərdə görür. Nəticədə də belə ağır mənzərələr yaranır. Son illərdə yaranmış acı mənzərəyə baxmayaraq hələ də bu ölkədə silah satışı leqal olaraq qalır. Görünür bunun nəticəsidir ki, növbəti faciə ABŞ-ın Pensilvaniya ştatında yaşanıb. Naməlum silahlı küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb.
NBC telekanalına istinadən verdiyi xəbərə görə, yaralananlar arasında 3 və 11 yaşlı qız, 9 yaşlı oğlan uşaqları da var.
Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Polis cinayətkarı isti izlərlə tapmağa müvəffəq olmayıb.
Xatırladaq ki, iyun ayının 20-də Filadelfiya şəhərində 10 nəfərin yaralanması ilə nəticələnən analoji hadisə baş vermişdi.
Ümumiyyətlə ABŞ vətəndaşları bu kimi hadisələrlə hər ay rastlaşırlar. Hələ fevral ayında bu ölkədə qalmaqallı silahlı insident yaşanmışdı.
Corciya ştatının Duqlasvil şəhərində həyət evlərindən birinin yaxınlığında baş verən silahlı insident zamanı cinayətkar iki uşaq da daxil olmaqla altı nəfərə atəş açaraq öldürmüşdü.
Cinayətkar daha sonra özünə qəsd etmişdi.
May ayında isə silahlı insident nəticəsində 1 nəfər ölmüşdü, 4 nəfər ağır yaralanmışdı.
Ohayo ştatının Klivlend şəhərində baş verən bu hadisə də adi bir olay kimi cəmiyyətə təqdim edildi.
Xatırladaq ki, naməlum şəxs atəş açaraq 5 nəfəri yaralamışdı və aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılsa da onlardan biri orada ölmüşdü.
ABŞ-ın Çarlson şəhərindəki kilsədə baş verən qətliamdan dörd gün keçməmiş isə ölkənin başqa bir bölgəsində də insan ölümü ilə nəticələnən silahlı insidentlər yaşanması artıq az qala hər həftə belə insidentlərin baş verəcəyinə siqnal ola bilər.
Qeyd edək ki, hadisənin baş vermə səbəbləri də məlumdru. Detroyt şəhərindəki basketbol meydançalarından birində 20 yaşlı şəxs özləri üçün əyləncə təşkil edən qonşulara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Yaralılardan birinin yaşamaq şansının az olduğu deyilir. Polisin məlumatına görə, silahlı şəxslə həmin qonşulardan birinin arasında narazılıq olub.
Başqa bir oxşar hadisə isə Filadelfiyada qeydə alınıb. Naməlum silahlı istirahət etmək üçün piknik təşkil edən insanları gülləbaran edib. Nəticədə 7 nəfər yaralanıb, onlardan ikisi azyaşlıdır. Hadisənin səbəbləri məlum deyil.
Bu il baş verən silahlı insidentlərin bir qismini təqdim etdik. Bütün azadlıqların təmin edildiyini dünyaya car çəkən bir ölkədə silah almaq, daşımağın bu qədər sadə və bəsit olması nəyə gərəkdir axı? Nəticədə də insanlar az qala “vəhşi qanunlarla” yetişdirilir, adi mübahisələr kütləvi insan qətlləri ilə nəticələnir. Məşhur Hollivud kinolarındakı təqib, küçələrdə ictimai yerlərdə döyüş səhnələrinə baxanda bunun film olduğunu düşünürük. Amma görünən odur ki, əslində ABŞ-da insanların həyat tərzləri, gündəlik həyatda qarşılaşdıqları hadisələr səhnələşdirilir! Məşhur bir rus siyasətçinin də qeyd etdiyi kimi- “ABŞ-da gənclərin əksərinin silahdan atəş açmaq bacarığının olması, buna olan maraq onu göstərir ki, bu ölkədə gənclər üçün “müharibə romantikası” formalaşdırılır”. Doğrudan da bu belədir. Əgər ölkə daxilində silahlı insidentlər belə amansızlıqla nəticələnirsə, və cəmiyyətdə silah satışına qarşı kəskin reaksiya olmursa, deməli belə ölkədə yetişən gənclər-sabahın əsgərləri müharibələr zamanı da çox amansız olurlar. Bunu İraq, Əfqanıstan müharibələrində də dəfələrlə şahidlik etdik. Öz vətəndaşına qarşı belə amansız olub 7-8 nəfəri öldürəndən sonra “vəhşi müsəlman” obrazını beynində canlandırıb İraqa girən amerikalı gənclər təbii ki, orada da qadın-uşaqlara rəhm etməzdilər. Bu belə cəmiyyətdə formalaşan insan üçün adi hal olar! Çünki cəmiyyəti belə formalaşdırırlar. Xatırlayırsınızsa Əfqanıstan və İraqda xeyli sayda əsgər oldu ki, bu ölkəyə qoşun yeridilən zaman günahsız yerə silahsız qadınlara və uşaqlara atəş açmışdılar. Hətta onlardan bəzilərinə qarşı ABŞ-da cinayət işi də açılmışdı.
Qısası, yaxın gələcəkdə ABŞ silahlı insidentlər ölkəsi adı alsa buna təəccüb etməyə bilərik!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info