“Oyunların ölkəmizdə keçirilməsini həzm edə bilməyən qüvvələr var”
Tarix: 23.06.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları dövlətimiz və xalqımız üçün önəmli bir hadisə olmaqla yanaşı həm də bir növ sınaq rolunu oynadı. I Avropa Oyunlarının Əməliyyat Komitəsinin peşəkarlığı ilə Oyunlar çox yüksək səviyyədə təşkil olunub”. Bu fikirləri politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlarla Azərbaycan dünya arenasında öz sözünü deyib: “Cənab Prezident ölkəmizdə sosial-iqtisadi layihələrin reallaşdırılması ilə yanaşı həmçinin sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya birliyinə inteqrasiyanı təmin edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyada, Avropada ilklərə imza atmağa qadir bir ölkədir. Bir gənc politoloq olaraq deyə bilərəm ki, gələcək illərdə ölkəmiz böyük layihələr həyata keçirməklə, daha irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. Bunu təkcə biz demirik, bunu həm də ölkəmizə gələn xarici qonaqlar, idman ictimaiyyəti deyir”.
Ramiz Alıyev eyni zamanda onu da qeyd edib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini heç cür həzm edə bilməyən qüvvələr bir sıra bəyanatlarla çıxış edirlər: “Azərbaycan dövləti belə qüvvələrin qarşısını almağa, onlara öz əməlləri ilə cavab verməyə hər zaman hazır olub. İnanırıq ki, Azərbaycana qarşı əsassız hücumların qarşısı alınacaq, qarayaxma kampaniyası aparanlar niyyətlərinə çata bilməyəcəklər. Çünki ölkəmizə qarşı irəli sürülən insan haqları ilə bağlı ittihamların heç bir səbəbi yoxdur. Bu gün Azərbaycan həqiqətini, Azərbaycan insanını bizimlə yanaşı bütün Avropa, bütün dünya gördü”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info