İstedadlı gənclər üçün yeni layihə
Tarix: 29.01.2013 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış musiqiçi Ramil Qasımov 2 fevral - Gənclər Günü ilə əlaqədar yaradıcı gənclərlə birlikdə xüsusi layihə üzərində işləyir. Layihənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, “AzTV”nin bədii rəhbəri Etibar Kamaloğludur.
Qəzetimizə verdiyi açıqlamada Ramil Qasımov bildirib ki, sözügedən layihədə Azərbaycanın istedadlı gəncləri yer alacaq, müxtəlif sahələrdə uğur əldə etmiş gənclər nailiyyətlərindən söhbət açacaqlar. Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahid, Kərəm Əkbər, Nərminə Nağıyevanın xüsusi olaraq bu layihə üçün yazdıqları “Azərbaycan gəncləri”, “Bizim gənclik” mahnıları ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Hazırda layihə üzərində qızğın işlər gedir”. Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycanda dövlətin gənclər siyasəti uğurla həyata keçirilir. “16 il öncə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın gənclər günü kimi qeyd edilməsi ulu öndərimizin gəncliyə inamından, etimadından xəbər verir. Bu gün Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da gənclərə qayğısı əvəzolunmazdır. Bu diqqətdən, bu qayğıdan ruhlanaraq biz yaradıcı gənclər daim ölkəmizə, dövlətimizə faydalı olmağa çalışırıq. Gənclik həyatdır, gənclik nurdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva ölkəmizin hüdudlarından kənarda Azərbaycan gəncliyinin simvolu kimi milli-mənəvi dəyərlərimizin təbliğatçısıdır. Bu bizə böyük şərəf, qürur hissi verir”.
NƏRMIN




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info