AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılıb
Tarix: 23.06.2015 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


22 iyunda Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilib. İclasda Həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunub. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılıb.
İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxış edib.
Millət vəkili Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına həmməruzəçilərin göstərdiyi münasibətdən çox məyus olduğunu deyib: “Siz bu çıxışınızla Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarını inkar edirsiniz. Məhkəmə öz qərarında Ermənistan hökumətinin Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını vurğulayır. Qərarda Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyət Ermənistanın üzərinə düşməsi öz təsdiqini tapıb. Məhkəmə bildirilir ki, “Ermənistan hərbi iştirakı vasitəsilə və hərbi avadanlıq və təcrübəni təmin etməklə, hələ ilk gündən Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə rola malik olub. Ermənistanın hərbi dəstəyi sözügedən ərazilərə nəzarət üçün həlledici olaraq qalıb”.
Siz öz çıxışınızla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Parlamentinin 2005, 2010 və 2012-ci illərdə qəbul edilmiş qətnamələrini, AŞPA-nın 2005-ci il qətnaməsini inkar etmiş olursunuz.
Siz nə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı həqiqətlərinə göz yumacaqsınız? Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun işğalına necə göz yummaq olar?
ATƏT-in Minsk Qrupunun bu məsələ ilə məşul olduğunu bildirirsiniz, onun fəaliyyətsizliyinə istinad edirsiniz.
Lakin Ukraynanın başına gələn bəzilərinin də səbəbkarları olduğu fəlakətlərə görə Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edirsiniz. Lakin işğalçı Ermənistanı müdafiə edirsiniz. Azərbaycan xalqı və mən ədalət tələb edirik”.
Elxan Süleymanov bəyan edib ki, Azərbaycan xalqı artıq ASPA-nən ikilistandartlı siyasətinizə dözə bilmədiyini deyib: “Biz təmsil olunduğumuz beynəlxalq qurumlarda təmsilçiliyimizi davam etdirməyə icazə vermir.
Sizlərdən bəzilərinin Ermənistanı müdafiə məqsədilə ədaləti və həqiqəti tələbilə debat qurmağınız və Ermənistanı müdafiə etməyiniz nə dərəcədə ədalətlidir?
Məruzənin 1-ci bəndində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi ilə kifayətlənmək gülüncdür. Bu Azərbaycan xalqına qarşı açıq-aşkar etinasızlıq və təhqirdir.
Mən həmməruzəçilər Pedro Aqramuntdan, Tadeuş İvinskidən tələb edirəm ki, məruzədə Ukraynaya göstərilən səviyyədə Azərbaycana da dəstək göstərilməsi tələbi əks etdirilsin.
Bu gün Siz Ermənistan tərəfinin Dağlıq Qarabağı və digər ətraf rayonları işğal etməsi faktını inkar edirsinizsə, onda mən təklif edirəm ki, ümumiyyətlə bütün üzv ölkələrin ərazilərindəki işğal faktlarının Assambleyada bir daha baxılmayacağına dair qərar qəbul edilsin.
Sonda bir daha Sizləri Sizləri Ermənistan tərəfindən torpaqlarımızın işğalı ilə bağlı Azərbaycan xalqına qarşı ayrıseçkiliyə, ədalətsizliyə və qərəzliliyə son qoymağa çağırıram”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info