“Könüllülərimizlə fəxr edirik”
Tarix: 23.06.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Aqşin Hüseyni: “Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm təşkil olunacaq”

Avropa Oyunları ölkəmizdə keçirildiyindən, hazırda nəinki bütün Avropanın, eləcədə dünyanın diqqəti ölkəmizə yönəlib. Burada mübarizə aparan idmançıların qazandığı uğurlardan tutmuş, təşkilati işlərə qədər dünya mətbuatı hər bir xırdalıqla maraqlanıb hadisələri işıqlandırır. Təşkilati işlərdə könüllülərimizin, ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin gənc əməkdaşlarının da rolu heç şübhəsiz ki danılmazdır. Bəzən onların arasında elə gənclər olur ki, onların fəaliyyəti arxa planda qalsa da əslində bu fəallarımız böyük işlər görürlər. Belə gənclərdən biri də “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimləri komandasının əməkdaşı Aqşin Hüseynidir. Aqşin “Palitra”ya açıqlama verərək dedi ki, gördüyü işlərdən böyük zövq alır və Oyunlarda açılış və bağlanış mərasimləri komandasında yer almaq ona şərəf gətirir: “Öncə onu deyim ki, ölkəmizin müstəqillik tarixində ev sahibliyi etdiyi ən mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir. Açılış mərasimi möhtəşəm və uğurlu alındı. İndi isə biz bağlanış mərasiminə hazırlaşırıq. Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm təşkil olunacaq. Bizim çox peşəkar kadrlarımız var və onlar əllərindən gələni əsirgəmirlər. Oyunlara münasibət də çox müsbətdir. Açılış mərasimi xalqda ruh yüksəkliyi yaratdı və indi biz, Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə olan tələbin olduqca böyük olduğunun şahidiyik. Mən Azərbaycan idmançılarına da uğurlar arzu edirəm. Onlar bizləri, xalqımızı sevindirirlər. Xalq tərəfindən idmançılarımıza olan münasibət də olduqca müsbətdir və hər bir idman növündə meydana atılan təmsilçilərimizin çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandırır”.
Aqşin deyir ki, bütün bu problemsiz və nöqsansız təşkil olunan yarışları, açılışı və digər Oyunlarla bağlı fəaliyyətləri könüllülərimiz, gənclər olmadan uğurla həyata keçirə bilməzdik: “Onların da Oyunlarda böyük əməyi var. Biz könüllülərimizlə fəxr edirik. Mərasim könüllülərimiz də məsuliyyətli olaraq məşqlərə gəlirlər. Onların aralarında çox mehriban dostluqlar yaranıb və bu bizləri də sevindirir. Bu məsuliyyətli, şərəfli işlərində onların hər birinə təşəkkür və uğurlar arzu edirəm. Bu idman, dostluq tədbiridir. Bizim üçün isə bu avropalılara tariximizi, ənənələrimizi, musiqimizi, mədəniyyətimizi nümayiş etdirmək fürsəti verir və biz gənclər bu fürsəti yaxşı dəyərləndirməliyik”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info