Bütün dinlərin birləşdiyi muzey
Tarix: 29.01.2013 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Rusiyadakı Dinlər Tarixi Muzeyi bütün yaş qrupundan olan insanların diqqətini çəkir. Qədim dövrdən indiyə kimi insanların inanclarını əks etdirən muzeydə Xristianlıq və Musəviliklə yanaşı, İslam dini də detallarına kimi ziyarətçilərə təqdim edilir.
Rusiyanın Sankt-Peterburq şəhərindəki Dinlər Tarixi Muzeyində inanclar iki bölmə şəklində ziyarətçilərə təqdim olunur. İlk bölmədə çoxallahlı inanclar, digər bölmədə isə təkallahlı inanclara yer ayrılıb. Muzeydə dinlərə aid bəzi xüsusiyyətlər divarlara asılmış afişalarda əks olunub.
Misir dinlərinin təqdim edildiyi bölmə ən çox diqqətçəkən bölmələr arasındadır. Misir rahiblərinin ibadət edərkən istifadə etdiyi əşyalarla yanaşı, ayrıca bir firona aid tabut da sərgilənir. Qədim qəbilələrə aid dinlərin təqdim olunduğu bölmədə isə cadugərlərə aid bir çox əşyalar var. Ağacdan və fərqli materiallardan hazırlanmış heykəllər, maskalar və totemlər ətraflı şəkildə ziyarətçilərə tanıdılır.
Yunan və Roma mədəniyyətinin tanıdıldığı bölmədə Qədim Roma və Yunanıstanda inşa edilmiş ibadətgahların bir maketi yer alır. Bundan başqa, yunan mifologiyasından olan fərqli xarakterlərin heykəlləri də muzeydə sərgilənən əşyaların arasındadır.
Musəviliyin təqdim olunduğu bölmədə yeddi qollu şamdanlar, cənnət qapısının təsvir edildiyi örtük və qızıldan müxtəlif əşyalar var. Həmçinin qədim bir yəhudi kralına aid olduğu təxmin edilən, qızıldan hazırlanmış aslan fiqurlu bir tac və içərisində Tövrat ayinlərinin yer aldığı əşyalar sərgilənir.
Xristian dininin tanıdıldığı bölmədə fərqli məzhəblər ayrı-ayrı bölmələrdə təqdim olunur. Ortodoks bölməsində patriklərə aid müxtəlif əşyalar və müqəddəs su qabları sərgilənir. Katolik bölməsində isə hər biri tarixi əsər dəyəri daşıyan “İncillər” yer alır.
İslam dininə aid əsərlərin sərgiləndiyi bölmə isə ən çox ziyarətçi qazanan bölmədir. İslamiyyətlə bağlı tanıdıcı məlumatlar divarlarda asılır, fərqli məzhəblərə aid əşyalar təqdim olunur. Bunların içərisində ən çox diqqətçəkəni isə yarım metr böyüklüyündə olan əlyazma şəklində “Qurani-Kərim”, həmçinin kibrit qutusu boyda olan, üstü qızıl və qiymətli daşlarla işlənmiş “Qurani-Kərim”dir.
Sərgidə maraqla qarşılanan digər əşya isə Ələviliyin təqdim olunduğu bölmədə nümayiş etdirilən haçaağızlı qılıncdır. Burada üzərində ərəbcə ayələr yazılan böyük qara sancaq da var.
Bir dərvişə aid olduğu ehtimal edilən paltar, taslar, Nuhun gəmisi şəklində yazılmış xətt yazısı, qılınc, qalxan və müxtəlif əşyalar İslam dini bölməsində ziyarətçilərə təqdim olunur. Muzeydə Sultan Əhməd Camisinə aid bir qravür də mövcuddur.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info