“İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışırlar”
Tarix: 23.06.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


İyunun 23-də Tovuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi regional konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Tovuz və Ağstafa rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Tovuz şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfransın məqsədindən danışıb. Komitə sədri Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Bildirilib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Mübariz Qurbanlı bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nəriman İbayev konfransda çıxış edərək, dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən danışıblar.
Daha sonra Komitə sədrinin müavini Səyavuş Heydərovun moderatorluğu ilə plenar iclas işə başlayıb. Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Dini radikalizm və onunla mübarizə üsulları”, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli - mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında çıxış ediblər.
Konfrans başa çatdıqdan sonra Komitə sədri Mübariz Qurbanlı Tovuz şəhərində yerləşən məsciddə olub, dindarlarla görüşüb və onlara dini kitablar bağışlayıb.
Qeyd edək ki, regional konfrans işini iyunun 24-də DQDİK sədrinin müavini Səyavuş Heydərovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info