“Neftçi” A seriyasından futbolçu gətirdi
Tarix: 23.06.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. “Ağ-qaralar” braziliyalı futbolçu Ailton Fereyra Silva ilə danışıqları müsbət yekunlaşdırıb. Ölkəsinin A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb. "Neftçi" ilə məşqlərə qatılacaq Ailton yeni komandasında 6 nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Neftçi” Silvadan öncə Xuan Alberto və Məhəmməd Qurbanovla anlaşıb. Həmçinin, Cavid İmamverdiyev, Ruslan Qurbanov və Nicat Qurbanov da icarədən qayıdıblar. "Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq.
Milli komandamızın üzvü yeni komandasında 14 nömrəli formanı geyinəcək. Gənc oyunçu “Neftçi”yə keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” Azərbaycanın ən köklü klubudur. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm. Çalışacağam ki, “Neftçi”də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info