“Star”: “Dünyanın belə bir Avropaya ehtiyacı varmı?
Tarix: 24.06.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Başlıqda qoyulan məsələ, bizim kimi Avropanın mərkəzinə, hüdudlarına, ətrafına belə, yerləşdirilməsi istənilməyən ölkələrdən çox, Avropa Birliyi içərisindən qaynaqlanır”. Bu barədə Türkiyənin “Star” qəzeti yazır. Qəzet qeyd edir: “Artıq tarixin yeni bir “qırılma nöqtəsindəyik” və belə dönəmlərdə toplumlar, ən radikal şəkildə hərəkət edirlər. Türk elitasının “Türkiyənin modernləşməsi” üçün qəbul etdiyi “Avropa Birliyi ilə inteqrasiya prosesi” artıq bizim ölkənin fəaliyyətindən asılı deyil. Bu proses, Avropanın burulğanına düşdüyü “özünü sürəkli yeniləyən yıxılma prosesinin” qurbanı olacaq”.

“Elitar hərəkatın sonu?”

Daha sonra yazıda qeyd edilir: “Gənc oxucuların diqqətini vacib bir fakta yönəltmək istərdik: Avropa Birliyi, qitə xalqlarının ümumi ictimai dalğasının deyil, “siyasi elitaların” yaratdığı inteqrasiya formulu olaraq özünü göstərdi. Bu səbəblə, AB öz içindəki xalqların siyasətdəki seçimləri əsasında deyil, Brüssel və Strasburqda yerləşən və getdikcə bütün qitənin qəyyumlarına çevrilən elitaların nəzarəti altında formalaşıb.
Avropa Birliyinin quruluşundakı “elitar ənənə”, Birliyə üzv xalqların iradəsini deyil, texnokrat -bürokratların qərarlarını önə çıxarır.
AB-nin, soyuq müharibə bitdikdən dərhal sonra siyasi hüdudlarını NATO çətiri altında təminat altına almaq üçün genişləndirməsi də eyni elitar kadrların əsəriydi. Həmin kadrlar Yunan Kiprinə, hətta Bolqarıstan və Rumıniya kimi çox zəif iqtisadiyyatlara qapılarını açarkən Türkiyəni kənarda saxlama qərarını da Avropa xalqlarından soruşmadan verdi.
Amma artıq, dalana dirəndik və AB-nin önündə dayanan divar, bir vaxtlar qitənin bölünməsini simvolizə edən Berlin divarlarından daha yüksəkdir”.

“Demokratiya dağılmanın səbəbidirmi?”

Yazıda qeyd edilir ki, Herfried Münklerin – önəmli bir alman siyasi elm adamının Berlindəki Humboldt Universitetindəki dərsləri, bu günlərdə ən çox müzakirə edilən akademik mövzuların başında gəlir: “Der Spiegel”ə yazdığı AB-nin gələcəyi ilə bağlı silsilə yazılardan birinin “Demokratikləşmə Avropanı qurtarmaz: Gücün mərkəzləşməsinin zamanıdır” başlığı daşıması bu müzakirəyə zəmin yaradır. Münkler AB-nin elitar bir hərəkat olduğunu, üzv ölkələrin siyasi elitasının çiyinlərində dura biləcəyini, bu səbəblə, xalqın institusional qurumda idarəçiliyə yüksək səviyyədə cəlb edilməsinin çöküşə səbəb olacağını ifadə edir.
Xüsusilə də, Fransa-Almaniya oxunu mərkəzdə qoyması və ətraf olaraq qeyd etdiyi “Şərqi Avropa” başda olmaqla, yeni üzvləri kənara sıxışdırması olduqca diqqət çəkir. Münklerə görə, xalqın iradəsini önə çıxarmaq, AB-nin dağılmasına səbəb olacaq, buna görə də, “institusional sistemin demokratikləşməsinə izin verilməsi” böyük xəta ola bilər.

Münklerə görə, xalqın iradəsini önə çıxarmaq, AB-nin dağılmasına səbəb olacaq, buna görə də, “institusional sistemin demokratikləşməsinə izin verilməsi” böyük xəta ola bilər. Humboldt Universiteti tələbələrinin buna qarşı təpkisi isə internetdə müəllimlərinin “elitar” dərslərinə qarşı çıxmaq olub. Alman mediası isə bir anda tələbələrə qarşı şər-böhtan yazıları ilə doldu, tələbələrin yaydığı bloqdakı fikirlər üzərindən 5 gün keçməsinə baxmayaraq, onlar heç bir alman media qurumunda yer almadı

Humboldt Universiteti tələbələrinin buna qarşı təpkisi isə internetdə “Münkler İzləmə” bloqunu qurmaq və müəllimlərinin “elitar” dərslərinə qarşı çıxmaq olub. Alman mediası isə bir anda tələbələrə qarşı şər-böhtan yazıları ilə doldu, tələbələrin yaydığı bloqdakı fikirlər üzərindən 5 gün keçməsinə baxmayaraq, onlar heç bir alman media qurumunda yer almadı.
Buna görə də dövlət çevrilişi etmiş misirli general Sisinin ayağının altına Berlində qırmızı xalça döşəyən Merkelin ölkəsinin, misirli müxalif jurnalist Ahmet Mansuru, məhkəmənin qərarıyla Berlində göz altına alması, kimsəni çaşdırmamalıdır”.

“Ərdoğan çıxışlarında haqlıdır”

Daha sonra qeyd edilir: “Qlobal sistem” dediyimiz qavram, bir “elitar ittifaqdır”. Bu səbəblə, bir “bəyaz” türk ilə Münkler arasında siyasətə münasibətdə fərq çox azdır. İkisi de ortaya çıxan seçim sonucu işlərinə gəlmədikdə, “seçki qutusu hər şey deyil” cümləsində birləşə bilərlər. Prezident Ərdoğanın,xüsusile Misirdəki çevrilişdən sonra AB-ni sərt şəkildə “ikiüzlülükdə” günahlandırmasının kökündə bu məqam durur. Avropa elitarları, Misir xalqıyla deyil, Misir elitası ilə iş birliyini üstün tutdular.
AB kütləvi informasiya vasitələri ilə formalaşdırılan “demokratiya” konsepsiyasıdır. Burada elitaların tələblərini qarşılayan məqsəd əsasdır.

Dövlət çevrilişi etmiş misirli general Sisinin ayağının altına Berlində qırmızı xalça döşəyən Merkelin ölkəsinin, misirli müxalif jurnalist Ahmet Mansuru, məhkəmənin qərarıyla Berlində göz altına alması, kimsəni çaşdırmamalıdır

Öz ölkəsində xalqın istədiklərindən məmnun olmayan türk ziyalılarının avropalı elitarların qapılarını aralayaraq, məmləkətlərindən şikayətlənmələri isə bir çarəsizlik deyil, “sinfi həmrəylik” örnəyidir. Avropa siyasi sərhədləri içində xalqların seçki nəticələrini “təhlükəli” görən bir zehniyyət, Ərdoğan və ya Mursiyə nə etməz?
Mövzunu sabiq Almaniya kansleri Helmut Schmidt ilə birlikdə bugünkü Avropa röyasının yaradıcısı olaraq qəbul edilən fransız siyasətçi Jacques Delors’un 5 il öncəki bir sualı ilə bitirək: Bugünkü Avropanın gənc qadın və kişilərinin belə bir Avropaya ehtiyacı varmı?”
Cavabı isə yunan baş nazir Çipras verir”.

İlkin AĞAYEV






































 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info