“Maydan iştirakçılarına atəş açılması üçün göstəriş verməmişəm”
Tarix: 24.06.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Maydan iştirakçılarına atəş açılması üçün göstəriş vermədiyini bəyan edib. BBC-yə müsahibə verən V. Yanukoviç qan tökülməsinin qarşısının alınması üçün yetərincə səy göstərmədiyini etiraf etsə də, Maydan hadisələrində radikal etirazçıları və hazırkı hakimiyyəti günahlandırıb.
Onun sözlərinə görə, siyasi rəqibləri hərbi çevriliş etməməli və radikal müxalifətçiləri öz tərəfinə çəkməməli idilər. “Mən xəbərdarlıq etmişdim ki, onlar Maydanla kifayətlənməyərək daha uzağa gedəcəklər və getdilər. Onlar ölkəni dağıtdılar, bütün dünyanı bu münaqişəyə cəlb etdilər. Güc tətbiqi və qan tökülməsinin əleyhinə olsam da, təhlükəsizlik qüvvələrinin əməkdaşları öz borcunu yerinə yetirirdilər. Onlar silahdan istifadə hüququna malik idilər”, - deyə o vurğulayıb. Krımın itirilməsini faciə, Donbasdakı müharibəni isə reallığa çevrilən dəhşət adlandıran Yanukoviç hakimiyyətdə qalacağı təqdirdə bunların baş verməyəcəyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info