Yollardakı vəziyyəti göstərən tablolarda dəyişiklik edilib
Tarix: 29.01.2013 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik təqdim edir. Mərkəzdən bildiriblər ki, cari ilin yanvarından etibarən paytaxt yollarının kənarlarında yerləşən elektron informasiya tablolarını daha başa düşülən etmək üçün yeniliklər tətbiq olunub. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də əlavə edilib ki, bu da sürücülərin işini daha da yüngülləşdirir (misal üçün Azneft dairəsi, Ukrayna dairəsi və s). Bundan başqa, tablolarda yollar hərəkət istiqamətləri üzrə əks olunmuş, yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.
Qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglərlə qeyd olunur. Yaşıl rəngli qrafiklər yoldakı sıxlığın normal olduğunu və avtomobilin sərbəst hərəkət edə biləcəyini, sarı rəngli qrafiklər yolun nisbətən sıx və hərəkətin aşağı sürətli olması mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info