Dövlət Gömrük Komitəsinin sədri iş adamları ilə görüşüb
Tarix: 24.06.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Dünən Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə növbəti görüş keçirilib. Komitədən verilən məlumata görə, DGK-nın sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
A. Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı nəticəsində ölkəmizin regionda və bütün dünyada əhəmiyyətinin önəmli dərəcədə artmasından bəhs edərək bunda da özəl sektorun böyük rol oynadığını vurğulayıb. Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A. Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib. Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.
Sonra görüşdə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev Prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib. S. Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib. Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər və müəyyən təkliflərlə çıxış ediblər. Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info