ABŞ: korrupsiya və polis dövləti
Tarix: 24.06.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Bu gün özünü demokratik, insan hüquqları carçısı kimi təqdim edərək başqa ölkələri qeyri - demokratiyada, insan hüquqlarına qeyri-zidd davranışlarda günahlandıran ABŞ-ın ölkədaxili vəziyyətinə nəzər saldıqda burada elə həmin sahələrdə kifayət qədər problemlərin olduğunu görmək mümkündür. Burada korrupsiya, iqtisadi borc, insan hüquqlarının pozulması və digər halları göstərmək olar.

Nyu-York əyalət konqresinin senat
lideri və oğlu korrupsiya ilə bağlı həbs edilib


ABŞ gündəmində yer alan amillərdən biri korrupsiya hallarıdır ki, son hadisələrdən biri kimi, Nyu-York əyalət senatı lideri Dean Skelos və korrupsiya işlərində vasitəçilik edən oğlu Adam Skleosla bağlıdır. Onlar tenderə müdaxilə, fırıldaqçılıq, rüşvət kimi cinayətlərlə bağlı həbs ediliblər. Haqqında həbs qərarı çıxarılan senator və oğlu təslim olublar. 2008-ci ildən bəri Nyu-York Konqresdə lider olan Skelosun bu vəzifəsindən istefa edəcəyi gözlənilirdi. Həbs qərarından sonra Konqres üzvləri Skleosun sadəcə lider kimi deyil, senator olaraq davam etməsinə də yaxşı baxmırlar. Korrupsiya cinayəti “AbTech” adlanan bir firmanın Dean Skelosdan, Long İsland Nassau County də yerləşən bir meşəlik ərazinin tenderini almaq əvəzində Adam Skelosa rüşvət verdiyi iddiası ilə başlayıb. Rüşvət istintaqını aparan Nyu-York prokuroru Preet Bharara son illərdə siyasətçilərə qarşı apardığı istintaqları ilə tanınır.
Qeyd edək ki, senator Bob Menendez haqqında korrupsiya ilə bağlı bir müddət öncə cinayət işi başlanılıb. Vəzifəsindən müvəqqəti ayrılma qərarı alan Menendez günahsız olduğunu və mühakimə olunmaqdan çəkinmədiyini ifadə edib. Senator Menendez haqqında bir müddətdir ki, mətbuatda çıxan korrupsiya ilə bağlı prokurorları hərəkətə gətirib. Haqqında cinayət işi başlanan məşhur senator Menendezin floridalı iş adamı və göz həkimi Salomon Melgendən 750 min dollar yardım və bahalı hədiyyələr aldığı, bunun əvəzində isə Melgenin ticarət fəaliyyətində qarşılaşdığı bəzi problemləri həll etmək üçün siyasi nüfuzundan istifadə etdiyi iddia edilirdi. Bundan başqa, Menendezin son 7 ildə Melgenin şəxsi təyyarəsi ilə pulsuz Florida, Paris, Dominikana səyahət etdiyi bildirilir. Menendezə açılan cinayət işi 14 maddədən ibarətdir ki, bunlardan 11-i korrupsiya və rüşvət ilə bağlıdır. Eləcə də yalan məlumat vermək, gizli razılaşma da Menendezin cinayətləri arasında yer alır. İttihamları rədd edən Menendez mübarizə aparmağa hazır olduğunu deyib.

ABŞ-da ticarət borcu son 6 ilin
zirvəsindədir


Qeyd edək ki, ABŞ-ın xarici ticarət borcu 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, xarici ticarət borcu hər ay artır. Məsələn, mart ayında fevral ayına nisbətən bu rəqəm 43 faiz artaraq 51,4 milyard dollara çatıb. ABŞ Konqresi Büdcə Ofisi (CBO) ölkənin dövlət borcunun 2039-cu il üçün yaşlanan əhali ilə birlikdə ölkə iqtisadiyyatında böyük faciələrə səbəb ola biləcəyini açıqlayıb. CBO-nun hesabatına görə, ABŞ dövlət borcunun ÜDM-ə nisbəti 2039-cu ildə 101 və 2040-cı ildə 107 faiz səviyyəsinə çatacaq. CBO bu dərəcədə yüksək dövlət borcunun iqtisadiyyatı təhdid edəcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ-da dövlət borcunun ÜDM-ə nisbəti hazırda 74 faizdir.
Onu da qeyd edək ki, ABŞ-ın hazırda ümumilikdə dövlət borcu 18 trilyon dollara çatıb. ABŞ xəzinəsi idarəsi borcun 18 trilyon 114 milyard 324 milyon dollar olduğunu və artıq borc limitinin aşdığını elan edib. ABŞ 13 ildə borclanma limitini 12 trilyon dollar artırıb. Əhali sayı 318 milyon 900 min olan ABŞ-da dövlət borcu “Böyük böhran”dan indiyədək ikiqat artaraq hər bir amerikalıya düşən borc 41 min 28 dollara çatıb.

ABŞ-da tələbələrin 70 faizi borcludur

ABŞ-da tələbələrin 70 faizi təhsil aldığı universitetlərə borclu halda məzun olurlar. 2016-cı il prezident seçkisi öncəsi ən çox müzakirə olunan mövzulardan biri təhsil krediti borcları ilə bağlıdır. Tələbələrin borcuna saniyədə 3 min dollar faiz gəlir. Ölkə miqyasında ümumilikdə borc 1,2 trilyon dollar məbləğindədir. 40 milyon Amerika vətəndaşının kredit borcu var. Kredit götürən tələbələrin 16 faizinin təhsilini tamamlamadığı və borcunu ödəyə bilmədiyi göstərilir.

ABŞ-da edam

İnsan hüquqları müdafiəçisi kimi çıxış edən ABŞ-da hələ də ölüm hökmü qüvvədə qalmaqdadır. Belə ki, Texaş əyalətində 14 il öncə 75 yaşındakı bir avtomobil təmirçisini öldürən məhkum zəhərli iynə ilə edam edilib. 45 yaşındakı Gregory Russeau Huntsville şəhərində əyalət həbsxanasında ölümcül dozada iynədən 21 dəqiqə sonra ölüb. Qeyd edək ki, Apelyasiya Məhkəməsi Russeaunun vəkilinin ötən il cəzasının ömür boyu həbsə çevrilməsi üçün müraciət etmişdi. Lakin Texas Əfv və Şərti azadlıq qurumu da Russeaunun əfv tələbini geri qaytarmışdı. Xatırladaq ki, Russeau bu il Texasda edam edilən 9-cu məhkumdur.

Amerika polisi hər gün 2 insanı öldürür

ABŞ-da polisin, xüsusilə də qaradərili vətəndaşlara qarşı hədsiz güc tətbiq etməsi müzakirə mövzusu olduğu halda, ölkənin məşhur mətbuat orqanı olan “Vashington Post”un topladığı məlumatlara görə, bu ilin ilk 5 ayında ABŞ polisi 385 insanı öldürüb. Gündə orta hesabla iki nəfərdən çox insanın polis tərəfindən öldürüldüyünü qeyd edən qəzet, bu rəqəmin öncəki illərin rəsmi rəqəmlərinin ikiyə qalxdığını yazıb. Aralarında 18 yaşından kiçik 8 insanın da olduğu 385 qurbanın böyük əksəriyyətinin yaş həddi 25-34 təşkil edir. Polis şiddətinin qurbanlarının üçdə ikisinin azlıqlar olduğunu yazan qəzetdə öldürülənlərin 171-ni ağ, 100-nün qaradərili , 54-nü ispan, 6-nı asiyalı, 13-nü digər, 41-ni etnik mənsubiyyəti məlum olmayan şəxslər təşkil edir. Qurbanların 80 faizinə atəş açılan zaman öldürülən insanların 49 nəfərinin hər hansı silah daşımadığı, 13 nəfərinin də əlindəkinin oyuncaq olduğu sonradan məlum olub. Qəzet indiyə qədər bu ölümlərdən 3-də polislərin günahkar olduğunu qeyd edib. Ümumiyyətlə, ABŞ-da polis tərəfindən öldürülmə ehtimalının terrora nisbətən 55 qat daha çox olduğu bildirilir. ABŞ-da hər il polis tərəfindən öldürülən orta hesabla 545 nəfərin son 10 ildə müvafiq qurum tərəfindən diqqətə alınmadığı göstərilir. “Global Research” bununla bağlı bildirib ki, ABD - də polis məmurları tərəfindən işlənən cinayət sayına görə etibarlı məlumat yoxdur. Mənbə qeyd edir ki, son 8 ildə ABŞ-da polis tərəfindən 928 nəfər öldürülüb. Bu rəqəm isə FBİ-nin 383 qurban haqqında məlumatlarına ziddir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info