Avropa Parlamentində Şuranın dəstəyi ilə Azərbaycanla bağlı hazırlanan hesabatın təqdimatı olub
Tarix: 24.06.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində “Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi” adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi keçirilib.
23 iyun 2015-ci ildə Brüsseldə keçirilən mərasimdə Avropa Parlamentinin üzvləri Culi Vord, Tüne Kelam, Boris Zala və Qiorqiy Hölvenyi, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Komissiyasının təmsilçiləri Marqit Palm, Aleksandra Kulmer, Malte Siman, təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəsmiləri, QHT və media nümayəndələri, tədqiqatçılar və digər şəxslər iştirak edib.
80 səhifəlik hesabat müəlliflərinin qənaətinə görə Azərbaycanın dünyəvilik prinsipinə söykənməsi müxtəlif dini icmaların sülh şəklində bərabər yaşamasına şərait yaradır. Mümkün dini radikallaşma təhlükəsinin qarşısının alınması üçün Azərbaycan dövləti daim hüquqi islahatlar həyata keçirir. Eyni zamanda hesabatda qeyd olunur ki, mürəkkəb geosiyasi regionda yerləşən ölkə kimi Azərbaycan üçün dini radikallaşma təhlükəsi həmişə mövcuddur. Bunun əsas səbəbi isə bir sıra regional güclərin Azərbaycandakı multikultral mühiti, stabilliyi pozmaq üçün “insan hüquqları müdafiəsi” adı altında müəyyən qrupları dəstəkləməyə çalışmasıdır. Tədqiqatın işinin həm Azərbaycan, həm də Qərbin siyasi dairələri üçün mövzu ilə bağlı təkliflər əksini tapıb.
Təqdimat mərasiminin sonunda hesabat ətrafında fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran suallara cavab veriblər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info