Ermənistan rəhbərliyi qoşunları da etirazçılara qarşı səfərbər etdi [Yenilənib]
Tarix: 24.06.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Erməni polisi zibil yeşiyində daş axtarır

İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq sosial şəbəkələr üzərindən təşkilatlanaraq küçələrə çıxan və prezident Sərkisyanın iqamətgahı qarşısına yürüş edən nümayişçilərlə polis arasında bir neçə toqquşma baş verib. Ermənistanın böyük xaosla üz-üzə qaldığı bir vaxtda hadisələrin gərgin istiqamətə yön almaması üçün hökumət hər cürə radikal addımlar atmağa hazırlıq görür.
Bundan başqa etirazların böyüməsindən qorxuya düşən hakimiyyət polisə təxribatlar törtmək əmri də verib. Belə ki,
Ermənistan Polisi Baqramyan prospektində zibil yeşiklərini axtarmağa başlayıb. “News.am” saytının məlumatına görə, Ermənistan Polisinin rəis müavini Valeri Osepyan bildirib ki, aksiya iştirakçıları özləri ilə daşlar gətiriblər, onları kisələrə yığaraq zibil yeşiklərində gizlədiblər. Bu məqsədlə polis zibil yeşiklərini də yoxlamaq qərarına gəlib. Nümayişçilər isə bildiriblər ki, polisin bu addımı təxribatdır. Bununla belə etiraz aksiyasına toplaşanlar polislərə yaxınlıqdakı zibil yeşiklərini axtarmağa imkan yaradıblar. Polislər heç nə tapa bilməyiblər. Yalnız bir zibil yeşiyində inşaat tullantılarına rast gəlinib.
Bu arada qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bəzi birləşmələri artıq Azərbaycanla sərhədin yaxınlığındakı daimi dislokasiya yerindən İrəvana gətirilib.
Erməni KİV-ləri xəbər verir ki, bu hərbi birləşmələr paytaxt İrəvandakı bazalarda yerləşdirilib. Onlar İrəvandakı mitinqi dağıtmağa və iğtişaşların daha geniş əraziyə yayılmasının qarşısını almağa başlamaq üçün əmr gözləyir.
Amma hələlik polisin “iş başında” olduğu bildirilir.
Belə ki, polis iyunun 24-də davam edən etiraz aksiyasına toplaşanların üzərinə suvuran maşınların köməyi ilə hücuma keçib.
Bir neçə dəqiqə davam gətirən nümayişçilər daha sonra xüsusi təyinatlıların təzyiqi qarşısında geri çəkiliblər. Xüsusi təyinatlı polislər aksiyaçıları dağıtmağa nail olsalar da, Baqramyan prospektində dramatik vəziyyət yaranıb.
Mülki geyimli polislər bir neçə nümayişçini həbs edib. Polisin müdaxiləsinə baxmayaraq aksiyaçılar Baqramyan prospektini tərk etməyiblər.
Bir neçə min nümayişçi yenidən cəmlənərək Sərkisyanın iqamətgahına doğru yürüş etməyə cəhd edib. O da bildirilir ki, belə cəhdlər davamlı olacaq.
Qeyd edək ki, erməni siyasətçiləri və şou-biznes nümayəndələri də Baqramyan prospektində polis kordonu ilə aksiyaçılar arasında sədd çəkərək polisin güc tətbiqinə mane olmağa çalışıblar. Tanınmış erməni oliqarxları Xaçatur Sukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçıları ilə polislə toqquşmadan qaçmaq üçün taktikanı müzakirə edir. Onlara təklif edilir ki, Baqramyan prospektinin bir hissəsini nəqliyyata açsınlar və prezident Sərkisyanla danışıqlar üçün nümayəndə heyəti formalaşdırsınlar. Aksiyaçılar əvvəlcə danışıqları rədd ediblər, daha sonra isə şərt irəli sürüblər ki, Sərkisyanla görüş jurnalistlərin iştirakı ilə keçirilsin. Nümayişçilər hakimiyyətə ancaq bir tələb irəli sürürlər: “elektrik enerjisinin bahalaşmasına dair hökumətin qərarı ləğv edilsin”.
Ermənistanda qəfil başlayan izdihamlı küçə etirazları Kremldə də ciddi narahatlıq doğurub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml İrəvanda baş verənləri izləyir və olduqca narahatdır. Rusiya Federasiyası Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev isə bildirib ki, Ermənistandakı bu qarışıqlarda “rəngli inqilabın” elementləri hiss olunur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info