Niyə Qərb yenə də Ermənistanın “başını sığalladı”?
Tarix: 24.06.2015 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Həmin polis zorakılıqları ölkəmizdə baş versəydi, Qərb qurumları bizə qarşı ən kəskin bəyanatlarla çıxış edər, nəzarətlərində olan bütün xarici media qurumlarını əleyhimizə yazmağa vadar edərdilər

Məlum olduğu kimi, az öncə Ermənistanda çox kobud şəkildə insan haqlarının pozulması ilə bağlı tutarlı faktlar bir daha ortaya çıxdı. Ermənistan polisi İrəvanın mərkəzində elektroenerji tariflərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı zorakılıq və qəddarlıqlıa dağıtdı. Aksiyada saxlanılanların sayı 270 nəfəri ötüb. Aksiyanın qarşısının alınması və polis qəddarlıqlarının gizlədilməsi üçün qəddar davranışlar və zorakılıqlar həm də jurnalistlərə qarşı olub. Həbs edilənlər arasında jurnalistlər də çoxluq təşkil edib. “GALA TV”, “Aykakan jamanak”, “News. am”, “Panarmenian.net” və “Hetq.am”ın əməkdaşları polis tərəfindən xüsusi qəddarlıqla üzləşiblər. Polis onlara qarşı fiziki güc tətbiq edərək kameraları əllərindən almağa çalışıblar, jurnalistlərə ədəbsiz söyüşlər söyüblər. Polis zorakılığı nəticəsində "Azadlıq" radiosunun erməni xidməti əməkdaşının kamera və mobil telefonu sıradan çıxıb. Etirazçıların xeyli hissəsi yaralanıb və onların bəziləri xəstəxanalara aparılıb.
Bütün bunlar Ermənistanda kobud və kütləvi şəkildə insan haqlarının pozulduğunu bir daha açıq şəkildə ortaya qoyur. Məntiqlə, Avropa Parlamenti, dünyada özlərini “insan hüquqları çarcıları” kimi tanıdan ABŞ dövlət və qeyri-dövlət qurumları və sair xarici “insan haqları” watchdogları bununla bağlı etiraz bəynatları yaymalı, car çəkməli idilər. Amma biz bunu müşahidə etmədik. Artıq dördüncü gündür ki, Ermənistanda kütləvi etiraz aksiyaları bütün ölkəni bürüyüb və bu, ciddi zorakılıqlarla, insan yaralanmaları və jurnalist həbsləri ilə müşayiət olunur. Amma bu günə qədər qeyd edilən Qərb qurumları demək olar ki ağızlarına su alıb oturmuşdular. Hətta, Ermənistandakı ABŞ səfiri ayın 23-də Ermənistandakı mitinqlərdə baş verən bütün polis zorakılıqlarını və jurnalist həbslərini görməzdən gələrək belə açıqlama verib: “Erməni polisi İrəvanda keçirilən mitinq iştirakçılarına hörmətlə yanaşıb”. Bütün erməni müxalif mediası polis zorakılığını açıq-aşkar ortaya qoyan şəkillər paylaşmasına, bunun müxtəlif dillərdə şərhlərlə sosial şəbəkələrdə də yayılmasına baxmayaraq, ABŞ səfirinin bu cür həqiqəti təhrif edən və Ermənistan hakimiyyətinin işinə yarayan açıqlama verməsi isə olduqca qəribə və gülüncdür. Çünki Ermənistandakı aksiyalarda baş verən polis zorakılıqları və həbslər “hörmət” anlayışı ilə daban-dabana ziddiyyət kəsb edir. Bəlkə ABŞ səfiri öz ölkəsində baş verən polis zorakılıqları, qaradərililərə qarşı polislərin kütləvi qətllər və zorakılıqlar törətməsi ilə Ermənistanda polisin etdikləri arasında paralellər aparır, oxşarlıqlar görür, ona görə də ölkəsindəki polis “hörmətini” Ermənistanda baş verənlərə də şamil edir?! Yaxud nəyə görə “Amnesty İnternational”, “Freedom House” və sair “insan hüquqları” təşkilatları Ermənistanda baş verənlər barəsində susurlar və Ermənistan hakimiyyətinin ərköyün uşaq kimi başının sığallanmasına hesablanan, ABŞ səfirisayağı açıqlamalar verirlər?

Bəlkə ABŞ səfiri öz ölkəsində baş verən polis zorakılıqları, qaradərililərə qarşı polislərin kütləvi qətllər və zorakılıqlar törətməsi ilə Ermənistanda polisin etdikləri arasında paralellər aparır, oxşarlıqlar görür, ona görə də ölkəsindəki polis “hörmətini” Ermənistanda baş verənlərə də şamil edir?!

Məsələn, Ermənistanda aksiyalar dörd gündür keçirilir, polis zorakılıqları ilə bağlı fotolar və videolar sosial şəbəkələri artıq çatladır. Bununla bağlı sadə insanların, jurnalistlərin yazdıqları, paylaşdıqları fikirlər və Qərb qurumlarını bu zorakılıqlara qarşı laqeydliyə görə qəzəblə tənqid etmələri yalnız bəzi qurumları ötəri bəyanat verməyə vadar edib. Məsələn, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də Yerevanda keçirilən dinc aksiyada etirazçıların dağıdılması zamanı polisin güc tətbiq etməsi ilə bağlı “narahatlığını” bildirib. Bu barədə "Novosti Armeniya" xəbər verir.

Bütün erməni müxalif mediası polis zorakılığını açıq-aşkar ortaya qoyan şəkillər paylaşmasına, bunun müxtəlif dillərdə şərhlərlə sosial şəbəkələrdə də yayılmasına baxmayaraq, ABŞ səfirinin bu cür həqiqəti təhrif edən və Ermənistan hakimiyyətinin işinə yarayan açıqlama verməsi olduqca qəribə və gülüncdür

Ermənistandakı əzilən kütlələrin ictimai qınaqlarından sonra, Qərb qurumları bu cür “xala, xətrin qalmasın” açıqlamaları ilə işlərini bitmiş hesab edirlər. Halbuki bu cür hallar ölkəmizdə baş versəydi, həmin qurumlar ölkəmizə qarşı ən kəskin bəyanatlarla çıxış edər, bu azmış kimi, nəzarətlərində olan bütün xarici media qurumlarını əleyhimizə yazmağa vadar edərdilər. Necə ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi kimi uğurumuzdan qıcıqlanan bir sıra Qərb dairələri, eləcə də Avropa Parlamenti “insane haqları” ilə bağlı ölkəmizə qarşı qətnamə qəbul etmişdi. Bəs həmin Avropa Parlamenti niyə Ermənistan haqqında hər hansı bir qətnamə qəbul etmir? Axı Azərbaycandan fərqli olaraq həmin ölkədə bütün dünyanın gözü qarşısında insan haqları kobud şəkildə pozulur, polis zorakılıqlara gedir, kütləvi həbslər aparır, hətta jurnalistlər hamının gözü qarşısında döyülür və həbsə atılır?!
Halbuki Oyunların başlamasına hələ bir müddət qalmış, bu cür Qərb qurumları ölkəmizə qarşı müxtəlif “mikroskopik” məsələləri şişirtməyə çalışırdılar. Məsələn,
Oyunlarla bağlı bütün dünyanın gözünün Azərbaycanda olmasından istifadə edərək, “Eurovision 2012”də olduğu kimi, “qara” axtarmağa çalışdılar. Onlar guya “Azərbaycanda sahibsiz heyvanlara qarşı amansız davranıldığı, onların öldürüldüyü” ilə bağlı xarici media və sosial şəbəkələrdə yalan və təhriflərlə dolu informasiyalar paylaşırdılar. Halbuki bu cür amansız davranış Azərbaycan cəmiyyətinin xarakterinə və dəyərlərinə tamamilə yaddır. Buna nə dini inanclarımız, nə də insani dəyərlərimiz qətiyyən yol verməz. Bunu istənilən azərbaycanlı çox gözəl anlayırdı və özünə qarşı olan bu cür iftiralara ikrah və qəzəblə yanaşdı. Ona görə də cəmiyyətimizə və dəyərlərimizə qarşı bəzi xarici dairələrdən aparılan “sahibsiz heyvan” qara piarına cavab olaraq cəmiyyətin özü əsl faktları ortaya qoydu və həmin dairələrin iftiraları puça çıxdı. Bununla belə yenə də gözləri Azərbaycanda “qara” axtarmağa dikilib. Amma Ermənistanda baş verən insan dəhşətlərinə yenə də göz yumurlar…

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info