Baykalın namizədliyi irəli sürülüb
Tarix: 24.06.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal olacaq. CHP lideri Kamal Kılıçdaroğlu və parlamentin ən yaşlı üzvü kimi TBMM-yə müvəqqəti sədrlik edən Dəniz Baykal arasında görüş keçirilib. 30 dəqiqə davam edən görüşdə K. Kılıçdaroğlu CHP-nin TBMM sədrliyinə öz keçmiş liderini namizəd göstərmək qərarına gəldiyini D. Baykala çatdırıb.
Görüşdən sonra jurnalistlərə açıqlama verən K. Kılıçdaroğlu “ümid edirəm ki, hörmətli Baykalın hazırkı sədrliyi davam edər. Millət vəkillərimiz Məclis sədrliyinə onun namizəd olmasını istəyir, mən də bu təklifimizi qəbul etməsini ondan rica etdim. Baykal təklifimizi qəbul etdi”, - deyə söyləyib. D. Baykal isə namizədlik üçün rəsmi müraciətindən sonra digər partiyalarla da görüşərək dəstək istəyəcəyini vurğulayıb: “Seçilsəm, tərəfsiz sədr olacağam”.
Qeyd edək ki, TBMM sədrliyi üçün 27 iyun, saat 24.00-a qədər namizəd irəli sürmək mümkündür. İlk 2 turda seçilmək üçün 367 səs tələb olunur. Üçüncü turda sadə səs çoxluğu - 276 səs lazımdır. Bu turda da sədri seçmək mümkün olmasa, ən çox səs alan 2 namizəd 4-cü tura keçir. Dördüncü turda ən çox səs alan namizəd TBMM sədri seçilir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info