“Medal qazanacağımı dəqiq bilirdim”
Tarix: 24.06.2015 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“Uğuru şərtləndirən vacib məqamlardan biri istedaddır. Görünür, bu, məndə var”. Bunu I Avropa Oyunlarının çempionu Andrey Xloptsov deyib. Üzgüçülüyün 50 metr məsafəyə batterflay növündə birinci olan ukraynalı idmançı ölkəsinin mətbuatına danışıb.
Avropa Oyunlarındakı uğurunu dəyərləndirən Xloptsov maraqlı fikirlər səsləndirib. O bildirib ki, yarışı medalla tərk edəcəyinə əvvəlcədən əmin olub: “Qələbəyə aparan ən vacib amil ağır məşqlərdi. Bu, həftələr, aylar yox, daha çox vaxt alır. Məndə əvvəldən inam var idi ki, Avropa Oyunlarının mükafatçısı olacam. Bunu yarışöncəsi hissiyyat da adlandırmaq olar. Deyə bilmərəm ki, konkret qızıl medal qazanacağıma əmin idim. Amma dəqiq bilirdim ki, medal əldə edəcəm. Görünür, arxayınlığın nəticəsində rahat idim. Yarışdığım günə yaxşı başladım. Yuxudan oyanan kimi, yemək yedim və üzməyə başladım. Sonra yenə yatdım və ayılanda yenə yemək yeyib, üzdüm. “Qızıl”a gedən yolum, bax, bu cür oldu”. Ukraynalı üzgüçü Avropa Oyunlarında azarkeşlərin onu dəstəklədiyini də qeyd edib: “Arenada bizə dəstək olan insanlara minnətdaram. Onlar məni qələbəyə daha da ruhlandırdılar. Bu, mənə əlavə güc verdi”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info