Dünən qılıncoynatma yarışlarının ikinci günündə kişilər arasında şpaqa ilə fərdi yarışlar olub. Azərbaycanlı idmançılardan bu yarışlarda Kənan Əliyev "A", Nəcəf Məhərrəmov "B", Vəkil Nəsibov "C", Mehrab Həsənov "E" qruplarında birincilik uğrunda mübarizə aparıblar.
Rapira yarışlarında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparır. Bu yarışda Azərbaycan təmsil olunmayıb. Kişilər arasında şpaqa ilə fərdi yarışların qrup mərhələsində 35 idmançı 5 qrupda mübarizə aparıb. Azərbaycanın 4 idmançısından ikisi qələbə sevinci yaşayıb. Kənan Əliyev iki, Mehrab Həsənov isə bir dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. Altı oyunun hamısında uduzan Nəcəf Məhərrəmov və Vəkil Nəsibov isə 7-ci olublar. Şpaqaçılarımız onaltıdabir final mərhələsinə yüksələ bilməyiblər və mübarizəni dayandırıblar.
|