“Avropa Oyunları qitə xalqlarının birliyinə xidmət edir”
Tarix: 25.06.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları çox proqressiv idman yarışıdır. Belə yarışlar idmançıları inkişafa daha da meyilləndirir. Ümumiyyətlə, hər dörd ildən bir Avropa Oyunlarının keçirilməsi qitənin idman ab-havasını tamamilə dəyişəcək”. Bu fikirləri Fransanın “Keditions” media kompaniyasının jurnalisti Antoine Frandebceuf özəl olaraq “Palitra”ya bildirdi.
Onun fikrincə, yarışların təşkilatçılıq işi çox yaxşı görülüb: “Mən “Bakı-2015”-in demək olar ki, bütün idman zallarında olmuşam. Hər birində yarış üçün müasir şərait yaradılıb. Tamaşaçılar rahat şəkildə Oyunları izləyirlər. Jurnalistlər üçün isə Oyunu izləməyə ayrıca yerlər yaradılıb. Hətta jurnalistlərə masalı oturacaqlar qurulub. Biz rahat şəkildə canlı olaraq yarışı izləyirik. Eyni zamanda böyük monitorlar vasitəsilə yarışın nəticələri ingilis dilində göstərilir. Nəticələr dəyişdikcə könüllülər cədvəli çap edib jurnalistlərə paylayırlar. Bütün bunlar bizim işimizi daha da asanlaşdırır. Ona görə də biz daha da operativ şəkildə məlumatlarımızı buradan baş idarəyə göndəririk”.
Antoine Frandebceuf deyir ki, yarışlardan həm yazılar, həm şəkillər, həm də videolar hazırlayıb Fransaya göndərir: “Bizim kompaniyada bir neçə sayt və qəzet cəmləşib. Mənim buradan göndərdiyim materiallar rəhbərlik tərəfindən çox yaxşı bəyənilir. Ümumiyyətlə, rəhbərlik bu Oyunlar çərçivəsində keçirilən yarışları çox yüksək qiymətləndirir”.
O, fransız idmançılarının nəticələrindən razılıq etdi: “Fransanı bu Oyunlarda 250-ə yaxın idmançı təmsil edir. Qaliblərin reytinq cədvəlində Fransa hələ ki, 13-cü yerdədir. Ümumi olaraq hələlik Fransa idmançıları 18 medal qazanıblar. Yaxşı olardı ki, növbəti Oyunlardan biri də Fransada keçirilsin”.
Fransalı jurnalist “Bakı-2015”-in idmançılar və jurnalistlərin bir-birini tanıması, yeni əməkdaşlığın yaranması baxımından əhəmiyyətindən də danışdı: “Yarışlar rəqiblər arasında olsa da, amma mahiyyət etibarı ilə idman qardaşlıq və dostluq rəmzi daşıyır. Burada idmançıların Oyundan sonra necə əl verib görüşdüyünü müşahidə edirik. Və ya biz jurnalistlər yeri gələndə bir-birimizlə informasiya mübadiləsi edirik. Bütün bunlar “Bakı-2015”in necə əhəmiyyətli bir yarış olduğunu göstərir. Ümumi götürəndə bu yarışın ən böyük əhəmiyyəti qitə xalqlarının birliyinə xidmət etməsidir”.
Antoine Frandebceuf Azərbaycanın çox maraqlı bir ölkə olduğunu bildirdi: “Azərbaycan xalqı çox mehribandır. Çox istərdim ki, digər şəhər və rayonlarınızı da gəzəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info