ABŞ Fransa prezidentlərinin telefonlarını dinləyir
Tarix: 25.06.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


ABŞ Milli Təhlükəsizlik Agentliyi son üç Fransa prezidentinin
telefon danışığı ilə yanaşı elektron yazışmalarına da
nəzarət edib


ABŞ Milli Təhlükəsizlik Agentliyinin bütün dünya ölkələrini fərqli üsullarla dinlədiyi yenilik deyil. Bu təşkilatın bütün dünyanı dinlədiyi bir müddət bundan əvvəl Eduard Snoudenin açıqladığı sənədlər vasitəsi ilə ortaya çıxmışdı.
Təqdim edilən faktlar qarşısında aciz qalan ABŞ dövləti etiraf etmək məcburiyyətində qalmış və və dinləmələr apardığını qəbul etmişdi.
Lakin onun öz yaxın müttəfiqlərini də gizli dinləməsi şok effekti yaradıb. Əvvəlcə məlum oldu ki, amerikalılar uzun müddətdir ki, Almaniya kanslerini dinləyirmiş. İndi isə Amerika Milli Təhlükəsizlik Agentliyinin 2006-cı ilin may ayından başlayaraq 2012-ci ilə qədər üç fransız prezidentinin telefon danışıqlarına qulaq asmaqla yanaşı, onların elektron ismarıclarına da müdaxilə etdiyi aşkarlanıb. Bu məsələyə münasibət bildirən Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Folun sözlərinə görə, ABŞ-ın Fransa prezidentlərinə qarşı gizli kəşfiyyat fəaliyyəti iki müttəfiq ölkə münasibətləri üçün yolverilməzdir. Stefan Le Fol “I-TELE” xəbər kanalına müsahibə verərkən "Bu, müttəfiqlər arasında qəbul edilə biləsi hal deyil”- deyə bildirib. Onun sözlərinə görə, bu cür təcrübə müttəfiqlər arasında mövcud münasibətə meydan oxumaqdır: “Bizim terrorizmə qarşı mübarizə apardığımız bir vaxtda, yaxın müttəfiqimiz tərəfindən dinlənilməmizi anlamaq mənim üçün çətindir. Paris bu informasiya ilə bağlı Vaşinqtondan mütləq izahat tələb edəcək”. Qeyd edək ki, bu məlumat prezident Fransua Ollandın iştirakı ilə Təhlükəsizlik Şurasının Yelisey sarayında keçirilən təcili yığıncağında müzakirə olunub. Bununla yanaşı, dövlət nümayəndələri mövcud vəziyyətin iki ölkə arasındakı münasibətlərə xələl gətirməsinə səbəb olmamasını da tövsiyə ediblər: “Biz iki böyük dövlət olmaqla yanaşı, dünya qarşısındakı məsuliyyətimiz də eynidir. Lakin unutmaq lazım deyil ki, baş verənlər qəbuledilməzdir. Təbii ki, baş verənlər iki ölkə arasında hər hansı bir böhrana səbəb olmayacaq. Hazırda dünyada təhlükəli böhranlar kifayət qədərdir. Ona görə də biz müttəfiqlər səviyyəsində bütün məsuliyyətləri bərabər bölüşməliyik”. Xatırladaq ki, ABŞ kəşfiyyat orqanları tərəfindən Fransa prezidentlərinə qarşı casusluq hesabatının dərc edilməsi ölkədə böyük rezonans doğurub. Bu arada Amerika xüsusi xidmət orqanları bu olayın yanlış olduğunu, prezident Fransua Ollandın telefon danışıqlarının dinləmədiyini bəyan edib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Nad Prays bu haqda yazılı məlumat yayıb. Onun sözlərinə görə, baş verənlərə baxmayaraq, ölkəsinin prezident Ollandla əlaqələrinə xələl gəlməyəcək. Praysın sözlərinə görə, ABŞ dünyanı narahat edən beynəlxalq məsələlərdə Fransa ilə sıx əməkdaşlıq edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info