“Bakı dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim edir”
Tarix: 25.06.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Bakı birinci Avropa Oyunlarına Olimpiya Oyunları səviyyəsində ev sahibliyi edir. Doğrudan da əsrarəngiz məkanlardır. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi jurnalistlər üçün hər cür şərait yaradıb. Bakıda dünya səviyyəli yarışlar keçirilir”. Bu fikirləri dünən Böyük Britaniyanın “Press Association” agentliyinin idman jurnalisti Mark Stanifort AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla görüşündə səsləndirib.
Baş direktor qonağa AZƏRTAC-ın fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, AZƏRTAC dünyanın informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir. Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Baş direktor ilk Avropa Oyunlarının London, Sidney Olimpiya Oyunları ilə müqayisə olunmasından qürur duyduğunu bildirib. Məlumat verilib ki, Bakıda keçirilən Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq Forumlarının və digər tədbirlərin əhatə dairəsi və miqyası ildən-ilə genişlənir. Bu forumlarda nüfuzlu siyasətçilər, dövlət xadimləri, elm adamları, Nobel mükafatı laureatları iştirak edirlər. Görüşdə Böyük Britaniyanın “Press Association” agentliyi ilə AZƏRTAC arasında sıx əlaqələrdən də bəhs olunub. Qeyd edilib ki, bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşalla səmimi dostluq münasibətləri əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda keçirilən iclaslarında Klayv Marşal da fəal iştirak edib. Britaniyalı jurnalistə, həmçinin Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, mətbuat və söz azadlığının, fikir plüralizminin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən mütəmadi tədbirlər barədə də məlumat çatdırılıb. Təəssüflə vurğulanıb ki, Azərbaycanın demokratiyanın inkişafı sahəsində çox qısa müddətdə gördüyü işlər və əldə etdiyi uğurlar bəzən diqqətdən kənarda qalır, yaxud bu məsələyə yanaşmada ikili standartlar özünü büruzə verir. “Press Association” agentliyinin idman jurnalisti Mark Stanifort görüşdən və səmimi söhbətdən məmnunluğunu dilə gətirib. “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasimini böyük maraqla izlədiyini söyləyən M.Stanifort yarışların keçirildiyi arenaların mükəmməlliyindən, Oyunların cəlbedici və maraqlı olmasından, reklam roliklərinin göz oxşamasından danışıb. O, Bakının dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim etdiyini deyib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info