Avropa Oyunları ilə bağlı elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 25.06.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Olimpiya Komitəsinin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak edib. V.Səfərli bildirib ki, artıq neçə gündür ki, Azərbaycanda böyük bir idman bayramının keçirilməsinim şahidiyik və bir azərbaycanlı kimi bu Oyunların ölkəmizdə keçirilməsindən qürur duyuruq. V.Səfərli qeyd edib ki, bu baxımdan birinci Avropa Oyunlarının əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən I Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması olub. V.Səfərli vurğulayıb ki, müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib: "Yazılar 6 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin yekun nəticələrinə görə, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 nəfər jurnalistə 150 manat məbləğində həvəsləndirici mükafat verilib". Sonra tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev müsabiqənin əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib. O, Avropa Oyunlarında idmançılarımızın qələbələrinin xalqa çatdırılmasında medianın rolunu vurğulayıb. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmaylov qeyd edib ki, Azərbaycanda Avropa Oyunları kimi önəmli bir tədbirin keçirilməsi ölkəmizin dünyaya yaxşı tanıdılmasına xidmət edib. O, bu tədbirin işıqlandırılması və orada əldə olunan qələbələrin ictimaiyyətə çatdırılmasında medianın böyük rol oynadığını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, birinci Avropa Oyunları Azərbaycanda indiyə qədər keçirilən ən böyük yarışmadır. O qeyd edib ki, hər bir xalqın həyatında keçirilən belə böyük tədbirlər insanları ruhlandırır: "İdmançılarımız hər dəfə bayrağımızı qaldırarkən hər kəs çox sevinib". Ə.Amaşov ümid etdiyini bildirib ki, jurnalistlər gələcəkdə də belə tədbirlərin işıqlandırılmasında mühüm rol oynayacaq. Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info