Bakıda fəaliyyət göstərən marşrut xətləri yenidən nömrələnəcək
Tarix: 30.01.2013 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


Şəhərin mərkəzindəki avtobuslara 1-dən 50-dək nömrələrin verilməsi planlaşdırılır


Bakıda nəqliyyatın hərəkətinin optimallaşdırılması istiqamətində işlər davam etdirilir. «Lent.az»ın məlumatına görə, paytaxtda fəaliyyət göstərən daha 43 avtobus marşrutu xəttinin 2013-cü il ərzində ləğvi planlaşdırılır. Eyni zamanda Bakıda fəaliyyət göstərəcək marşrut xətləri yenidən nömrələnəcək və bəzi marşrutlara yeni nömrə veriləcək. ümumiyyətlə şəhərin mərkəzində şütüyəcək avtobuslara 1-dən 50-dək nömrələrin verilməsi planlaşdırılır. Məsələ ilə bağlı artıq sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib. Bəzi marşrut avtobuslarına xəttin gələcək nömrəsinin neçə olması ilə bağlı elanlar da yerləşdirilib.
Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesabatında qeyd olunur ki, mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək 217 sayda marşrutun optimallaşdırılmasından sonra 174 sayda marşrutun saxlanması nəzərdə tutulub. Keçən il marşrutlar üçün pasport nümunəsinin və sxemlərinin elektron xəritəsinin hazırlanması ilə bağlı müvafiq işlər görülüb. Hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur. Dayanacaqların quraşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə işlər aparılıb. Nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılıb, qalan 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılıb. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün vacib olan 61 “cib” inşa edilmişdir və bu işlər davam etdirilir.
Şəhərin bir çox yerlərində yaradılması nəzərdə tutulmuş müasir taksi dayanacaqları üzrə 79 dayanacağın ünvanları sxematik olaraq tərtib olunub və müvafiq sənədlər aidiyyəti orqanlarla razılaşdırılaraq pasportlaşdırılıb. Əlavə taksi dayanacaqlarının yaradılması üçün sənədlər hazırlanır. Taksi xidmətinin müasir standartlar səviyyəsində təşkili üçün şəhərin taksi parkının yeniləşməsi istiqamətində işlər görülüb. Bakıda müasir taksi xidmətinin təşkili məqsədilə 1000 ədədi TX4 markalı taksi minik avtomobilləri olmaqla 1203 ədəd taksi minik avtomobilləri gətirilərək istismara verilib. Bu taksilərə sayğac quraşdırılıb, taksi sürücüləri vahid geyim forması ilə təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
19.11.2018
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması işlər başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info