“Asan İmza” BMT-nin Kolumbiyada keçirilən forumunda təqdim edilib
Tarix: 25.06.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Forumu öz işinə başlayıb.
Forumun keçirilməsində əsas məqsəd BMT-yə üzv ölkələrin dövlət xidmətlərinin göstərilməsi sahəsindəki qabaqcıl və uğurlu təcrübələrinin təqdim edilməsindən ibarətdir. Üc gün davam edəcək forumda Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Tədbir çərçivəsində “ASAN Xidmət” BMT-nin 2015-ci il üzrə Dövlət Xidmətləri Mükafatı ilə (United Nations Public Service Award 2015) təltif ediləcək. Qeyd etmək lazımdır ki, 638 nominasiya üzrə təmsil olunan 71 ölkə arasında cəmi 18 ölkə ali mükafata layiq görülüb.
Forumun ilk günündə baş tutmuş açılış tədbirində BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN Xidmət”in təcrübəsi barədə çıxış edən İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Bu islahatların tərkib hissəsi olan “ASAN Xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər – xüsusilə “Asan İmza” mobil elektron imza və “Asan Ödəniş” çoxfunksiyalı elektron ödəniş və inzibati cərimələr barədə məlumatlandırma sistemi haqqında geniş təqdimat edilib. Qeyd edilib ki, son iki il ərzində ölkədə “ASAN Xidmət” şəbəkəsi vasitəsilə 5 mln. vətəndaşın müraciəti təmin edilmişdir, bu da bu dövlət xidmətlərinin təqdim edilməsi sahəsində tətbiq edilən bu modelin yüksək səmərəli fəaliyyətinin göstəricisidir.
Vurğulanıb ki, Azərbaycanda elektron hökumətin inkişafının geniş vüsət alması və “Asan İmza” kimi qabaqcıl texnoloji həllərin mövcudluğu birbaşa mobil cihazlar vasitəsilə dövlət xidmətlərindən yararlanmağa imkan verən mGov (mobil hökumət) konsepsiyasına keçid üçün möhkəm zəmin yaradır. “Azərbaycanda heç bir dövlət idarəsinə getmədən mobil telefondan istifadə edərək cəmi 5 dəqiqə ərzində şirkət yaratmaq mümkündür. Biz elektron hökumət modelindən mobil hökumət modelinə doğru istiqamətlənmişik, bu da o deməkdir ki, mənim hökumətim həmişə mənimlədir” – deyə İ. Kərimov öz çıxışında qeyd edib.
Hazırda «ASAN Xidmət» tərəfindən yaxın bir il ərzində bütünlüklə “mobil hökumət” platformasına keçidin perspektivləri nəzərdən keçirilir.
Forumun bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi 26 iyun tarixində baş tutacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info