İspaniya MOK: “Avropa Oyunlarının təşkilində Bakı ilə rəqabət aparmaq çətin olacaq”
Tarix: 25.06.2015 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


"Növbəti Avropa Oyunlarının keçiriləcəyi şəhər üçün təşkilatçılıq səviyyəsi baxımından Bakı ilə rəqabətə girmək çətin olacaq". Bu barədə “Trend”ə İspaniya Milli Olimpiya Komitəsinin (MOK) mətbuat attaşesi Karmen Xunkal Munyos deyib. O bildirib ki, Oyunları Bakının təşkil etdiyi kimi təşkil etmək çətin olacaq. K.Munyosun sözlərinə görə, bütün idmançılar Oyunlardan razıdır. O, həmçinin qeyd edib ki, Bakıda böyük idman obyektləri var, onlar rahat və bir-birinə yaxın yerləşir. Attaşe Atletlər kəndində yaxşı şəraitin yaradıldığını bildirib: “Əvvəllər heç vaxt Bakıda olduğu kimi, belə yaxşı Atletlər kəndi görməmişəm”. K.Munyos paytaxtımızı çox bəyəndiyini qeyd edib: “İnsanlar çox mehribandır, hər an kömək etməyə hazırdırlar. Bakı turistlər üçün cəlbedici məkandır, səyahət etmək üçün əla yerdir. Bakıda başqa yarışlar keçirilsə, yenə gəlmək istərdim”. O bildirib ki, Bakı Olimpiya Oyunlarını keçirmək istəsə, bunun da öhdəsindən gələcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info