Fransa prezidentlərinin danışıqları səfirliyin damından dinlənilirmiş
Tarix: 25.06.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


ABŞ-ın xüsusi xidmət orqanları Fransa prezidentlərinin və digər yüksək çinli məmurların telefon danışıqlarını Parisdəki səfirliyin damında yerləşdirilmiş müasir avadanlıqdan istifadə etməklə dinləyiblər.
Bu barədə Fransa KİV-ləri kəşfiyyatın fəaliyyəti üzrə ixtisaslaşmış jurnalist Jan-Mark Manaşın materiallarına istinadən yaydıqları xəbərlərdə deyilir.
J. Manaşın yazdığına görə, 2004-2005-ci illərdə ABŞ səfirliyi binasının damında təmir işləri aparılıb və nəticədə orada əlavə mərtəbəyə bənzər tikili əmələ gəlib. Əslində bu, brezent yaxud da digər yüngül materialdan hazırlanmış bir tikili idi. Sonra rəssamlar onun üzərinə divar və pəncərələr çəkiblər.
Ehtimal olunur ki, “tikili”nin içərisində telefon danışıqlarını dinləməyə imkan verən avadanlıqlar quraşdırılıb. İddiaya görə, bu obyektdə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları işləyirdi.
Qeyd olunur ki, telefon danışıqlarının izlənilməsi üçün çox əlverişli məkan seçilib. Belə ki, ABŞ səfirliyinin yaxınlığında Yelisey sarayı, Fransa Xarici İşlər Nazirliyi və parlament binası yerləşir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info