Rusiya nümayəndə heyəti ADNA da
Tarix: 25.06.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Rusiyanın Qazpromneft şirkətinin böyük tərkibli nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) səfərdə olub. Şirkətin böyük layihələr üzrə müdirliyinin baş direktoru Denis Suqaipovun, baş direktor Lyubin Qennadiy Petroviç və digər səlahiyyətlilərdən ibarət nümayəndə heyətini Beynəlxalq məsələlər üzrə prorektor, dosent Rafiq Camalov qarşılayıb.
Rusiyalı qonaqları ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov qəbul edib. Səmimi qarşılanmadan sonra qonaqlara ali təhsil müəssisəmiz haqqında ətraflı və dolğun məlumat verilib. ADNA-nın tarixi ənənələri, hələ SSRİ dövründə neft-qaz sənayesi üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsi olması barədə danışılıb və bu ali təhsil müəssisəni bitirmiş görkəmli neft-qaz mütəxəssislərinin olması ADNA-nın yüksək potensiala malik olduğunun göstəricisi kimi qeyd edilib.
ADNA rəhbərliyi Qazpromneft şirkətini təhsil müəssisəmizlə daha sıx əməkdaşlığa dəvət etməklə, ikitərəfli əlaqələrin yenidən daha geniş istiqamətdə bərpa olunmasını təklif edib. Daha sonra prorektor Rafiq Camalovun müşaiyətilə rusiyalı qonaqların ADNA-nın Tarix Muzeyinə baxışı təşkil olundu. Rusiyalı qonaqlar bu görüşdən xoş təəssüratlarla ayrılıblar.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info