“Azərbaycana heyran olduq”
Tarix: 25.06.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Müqəddəs İsgəndər: “Azərbaycanda doğmalıq və əzizlik hisslərini yaşadım”
Mövlan İsgəndər: “Paytaxt Bakını və bölgələri gəzdikdə heç də özümüzü yad hiss etmirdik. Sanki yurdumuzda olduğumuzu düşünürdük”

Müsahibimiz Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərindən paytaxt Bakımızın qonağı olan Müqəddəs İsgəndər və Mövlan İsgəndərdir. Uyğur gənclərin “Palitra” qəzetinə olan eksklüziv müsahibələrini təqdim edirik:

- Bakıya gəlməzdən əvvəl Azərbaycan haqqında məlumatınız vardı?
- Bacım Müqəddəs ilə birinci dəfədir ki, Bakıya gəlirik. Azərbaycana gəlməzdən əvvəl, əlbəttə ki, məlumatımız var idi. Bakıya gəldikdə isə çox heyran olduq. Çünki biz hər zaman Bakının böyük şəhər olduğunu eşidirdik. Bakının böyüklüyü ilə bərabər, həm gözəllik, həm müasirlik, ən əsası, qədimlik xüsusiyyətlərinin də şahidi olduq. Şəhərinizdə gülərüz insanlar, qonaqpərvərlik, mehriban Bakı sakinləri mənə doğma gəldi. Qonağı olduğumuz Qənimət müəllim bizi bir çox yerləri gəzdirdi. Bakının tarixi yerlərini gəzdik. Bir çox muzeyləri ziyarət etdik. Şəki, Qax, Bərdə bölgəsində olduq. Hər bir yeri gəzdikdə sanki öz yurdumuzu görürdük. Bu yerlərdən yadigar olaraq qablar da aldıq. Yurdumuza qayıtdıqda dostlarımıza Bakı haqqında xoş təəssüratlarımızı danışacağıq.
- Uyğurlarla azərbaycanlılar arasında hansı oxşar cəhətləri gördünüz?
- Azərbaycanlılarla uyğurlar arasında daha çox dilimiz oxşardır. Dilimizdəki sözlərin 60-70 %-i eynidir. Sizin toy mərasimləriniz biz uyğurların toy mərasimləri ilə təxminən eynidir. Çörəklərinizin bişirilməsi və çörəklərinizin dadı yurdumuzun çörəklərinin dadındadır. Mədəniyyətimizin ən incə məqamları çox oxşardır. Paytaxt Bakını və bölgələri gəzdikdə heç də özümüzü yad hiss etmirdik. Sanki öz yurdumuzda olduğumuzu düşünürdük. Azərbaycanlıların gülərüz qonaqpərvərliyi mənə uyğurların mehribanlığını xatırladırdı.
- Müqəddəs xanım, uyğurlar bu gün hansı sahədə daha çox inkişaf edir?
- Uyğurlar bir çox beynəlxalq müsabiqələrdə iştirak edir. Son illər qapılarımız dünyaya açılıb. Biznes sahəsində güclü inkişaf gedir. Turizm sektoru gücləndirilib. Təhsil sahəsi yüksək səviyyədədir. Sincan rayonunda universitetlər, məktəblər, böyük kitabxanalar fəaliyyət göstərir. Gənclərin təhsilə marağı böyükdür. Uyğur gənclərimiz hər bir sahəyə üz tutur və özlərini inkişaf etdirirlər.
- Azərbaycanda olduğunuz müddətdə sizdə hansı təəssüratlar yarandı?
- Bu təəssüratlar, şübhəsiz ki, doğmalıq və yaxınlıq hisləridir. Gördüyüm əksər gənclərin çoxu uyğur gənclərinə oxşayırdı. Bəlkə də, bu oxşarlıq yox, eynilikdir. Axı biz uyğurlar siz azərbaycanlılarla bir boy və bir soydanıq. Burada mən özümü ailəmin əhatəsindəki kimi hiss etdim. Azərbaycanda doğmalıq və əzizlik hislərini yaşadım.
Qardaşımla Azərbaycanda bir çox ənənələrin qorunduğunu gördük. Daha çox heyran edən xalçalarımızda olan bənzərlik idi. Sizin xalçalarınızda olan naxışlarda diqqətimi çəkən gül təsvirləri oldu ki, o da biz uyğurların xalçalarında eynilə əks olunur. Muzeylərinizi gəzdikdə bir çox tarixinizi öyrəndik. Ədəbiyyat, incəsənət, tarixi muzeylərinizdə dəyərli eksponatlarla tanış olduq. Bu, əlbəttə ki, bir ölkənin kimliyi üçün vacib amillərdən biridir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
21.02.2019
Vergi islahatları şəffaf və sürətli sosial-iqtisadi inkişaf üçün zəmin yaradır
20.02.2019
“İnternet mediaya üz tutan oxucuların sayı artır”
19.02.2019
“Ukraynada polis sistemində çoxlu azərbaycanlı çalışır”
18.02.2019
İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info