Beynəlxalq turistlərin sayı ilk dəfə olaraq bir milyardı ötdü
Tarix: 30.01.2013 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


“İlk dəfə olaraq 2012-ci ildə beynəlxalq turistlərin sayı bir milyard nəfəri ötüb”. Bu barədə Dünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir. Təşkilatın məlumatına görə, ötən il ən çox turist axını Asiya-Sakit Okean regionu ölkələrinə olub. Ekspertlərin proqnozuna görə, bu regiona 2013-cü ildə də turist axını davam edəcək. Məlumata görə, 2011-ci ildə beynəlxalq turistlərin sayı 996 milyon nəfər təşkil edib. 2012-ci ildə turistlərin sayı 39 milyon nəfər artıb. Turist axını bütün ilboyu müşahidə olunsa da, daha çox ilin dördüncü rübündə gözlənilmədən çoxalmağa başlayıb. Turist tələbatı ən çox olan ölkələr isə iqtisadiyyatı güclü inkişaf etmiş ölkələr olub. Həmin ölkələrdə turistlərin artım nisbəti 4,1 -3,6% təşkil edib.
Cənub-şərqi Asiya və Şimali Afrika ölkələrinə isə turist axını 9% təşkil edib. Bu axın Asiya-Sakit Okean ölkələrinə 7%, Mərkəzi və Şərqi Avropaya isə 8% olub.
Avropa isə, ümumiyyətlə, ən çox ziyarət olunan bölgə olub. 2012-ci ildə bura 535 milyon turist səfər edib ki, bu da 2011-ci illə müqayisədə 17 milyon nəfər çoxdur.
DTT-nin baş katibi Taleb Rifainin sözlərinə görə, dünyadakı, xüsusilə də Avrozonadakı qeyri-sabit iqtisadi duruma baxmayaraq, beynəlxalq turizm inkişafdan qalmadı. O bildirib ki, iqtisadiyyatın əsas sektoru kimi beynəlxalq turizm “bazarın dəyişən şərtlərinə uyğunlaşmaq imkanlarını göstərməlidir” və bu sahə bütün dünya hökumətləri tərəfindən müdafiə edilməli olan sektordur.

NURANƏ




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info