“Goldman Sachs” Ukraynanın iflas olacağı vaxtı acıqladı
Tarix: 26.06.2015 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”ın iddiasına görə, Ukrayna dövləti çox güman ki, borc restrukturizasiya üzrə kreditorlarla danışıqlar apara bilməyəcək. Ona görə də, ölkə iyulun 24-dək xarici borc ödənişləri üzrə moratorium elan etməlidir.
“Bloomberg” şirkətinin analitiki Endryu Metenin fikirlərinə istinad edən “RİA Novosti” məlumat verir ki, ödəmə qabiliyyəti və likvidlik böhranı ilə qarşı-qarşıya qalan Ukraynada gələn aydan başlayaraq istiqrazlar üzrə kupon ödənişləri həyata keçirmək mümkün olmayacaq və nəticədə ölkədə ictimai borc iflasın son həddinə çatacaq. Endryu Metenin təbirincə, kreditorlar borcun ödənilməsi üzrə Kiyevin son təkliflərini qəbul etmək niyyətində deyillər. Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın maliyyə naziri Natalya Yaresko bildirmişdi ki, iyunun 29-dan iyulun 3-dək Vaşinqtonda kreditorların nümayəndələri ilə üçtərəfli formatda görüş keçiriləcək. Lakin ölkənin baş naziri Arseniy Yasenyuk “Doing Business” - Dünya Bankı Qrupunun illik sorğusunda ölkəsinin reytinq mövqeyinin 30 bal itirdiyi barədə məlumat verib . Məlumat üçün deyək ki, bu reytinq 189 ölkə arasında 11 göstərici üzrə keçirilir. Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna prezidenti Poroşenko ölkəsinin iflasdan yan keçərək makroiqtisadi vəziyyətin sabitləşməsi barədə məlumat vermişdi. Bu açıqlamaya rəğmən, Ukraynada iqtisadi böhran dərinləşməkdədir. Beynəlxalq Valyuta Fondunun “Qlobal maliyyə sabitliyi” barədə hesabatında bildirilir ki, Ukrayna banklarının kreditləri qaytarmaması Nigeriyadan sonra ikinci böyük riskdir. Xatırladaq ki, Ukraynanın hazırkı borcu artıq 52 milyarda dollara çatmaqdadır. Bu, ÜDM-in 110%-ni təşkil edir. Bunun 22 milyardı fərdi kreditorlardan alınan boclardır. Ukrayna dövləti faiz hesabını azaltmaq hesabına 15.3 milyard dollara qənaət etmək istəyir. Lakin, kreditorların Ukraynanın təklif edəcəyi şərtləri qəbul edəcəyi inandırıcı görünmür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info