Türk ordu quruculuğunda Heydər Əliyev irsi müzakirə edilib
Tarix: 26.06.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Türk ordu quruculuğunda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbələrin və məzunların iştirak etdikləri “dəyirmi masa”da ilk olaraq Vətən yolunda özünü qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov ulu öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən danışıb. Natiq qeyd edib ki, Heydər Əliyevin Sovet hakimiyyəti dövründə Cəmşid Naxçivanski adına hərbi liseyi açması türk hərb tarixində Azərbaycanın özünəməxsus rolunun sübutudur.
Bildirilib ki, ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra hərbi quruculuq sistemində dünya standartlarına uyğun əsaslı islahatlar aparılıb. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən əsaslı tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanla hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Zamin Əhmədov, Türkiyə Anadolu Universitetinin Azərbaycan proqramları koordinatoru Azər Hətəmov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Anadolu Universitetinin dosenti Yaşar Ödül, “Bizim Gənclik” İctimai Birliynin sədri Sona Əlizadə, TUMİB-in “Gənclər Mərkəzi”nin sədr müavinləri Gülər Qasımlı, Samir Pənalıyev, tələbələrdən Hacıyev Asif çıxış edərək ordu quruculuğunda aparılan islahatlardan danışıb, nizam-intizamına və təchizatına görə Azərbaycan Ordusunun bir çox xarici ölkələrin ordusundan öndə getdiyini, ordumuza ayrılan vəsaitin ildən-ilə artırıldığını, onun ən müasir texnika və silahlarla təmin olunduğunu diqqətə çatdırıblar.
“Dəyirmi masa”da vurğulanıb ki, müdrik rəhbər Heydər Əliyevin ordu quruculuğu sahəsində başlatdığı işlər onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info