“Bakı Olimpiya Stadionu Olimpiada üçün hazırdır”
Tarix: 26.06.2015 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Avropa Atletika Assosiasiyası bizim gözəl stadionumuzu görüb,
yeniyetmə, gənclər və böyüklər arasında yarışların təşkilatçılığını
təklif edir”


“Bakı Olimpiya Stadionunda çoxsaylı atletika yarışı keçiriləcək. 2017-ci ildə Bakıda baş tutacaq İslam Həmrəylik Oyunlarının proqramına atletika növü daxildir”. Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Azərbaycan Atletika Federasiyasının prezidenti olan Ç.Hüseynzadə bildirib ki, yeni inşa olunan Bakı Olimpiya stadionu idmanın atletika növü üzrə böyük miqyaslı yarışları qəbul edə bilər:
“Hazırda Avropa Atletika Assosiasiyası ilə danışıqlar aparılır. Qurum nümayəndələri bizim gözəl stadionumuzu görüb, yeniyetmə, gənclər və böyüklər arasında yarışların təşkilatçılığını təklif edir. Bu turnirlər arasında Avropa Çempionatı da var. Növbəti ilin təqvimi tərtib olunmağa başlayanda, bu mövzuda daha konkret danışmaq olar”.

Ç. Hüseynzadə qeyd edib ki, I Avropa Oyunlarının açılış mərasimi və atletika yarışlarının keçirildiyi idman qurğusunun Dünya Çempionatını da qəbul etməsi mümkündür: Mən “Brilyant liqa”nın mərhələsi və hətta yay Dünya Çempionatını nəzərdə tuturam. Avqustda Çinin paytaxtı Pekində Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti postuna seçkilər olacaq. Bu quruma yeni rəhbər təyin olunandan sonra onunla gələcəkdə ən böyük atletika yarışlarının Bakıda keçirilməsi barədə söhbət edəcəyik”. İyunun 12-də Avropa Oyunlarının açılış mərasiminin keçirildiyi arena ayın 28-də bağlanışı da qəbul edəcək. Ç. Hüseynzadə bildirib ki, müasir idman qurğusu Olimpiya Oyunlarında da analoji tədbirləri qəbul etmək gücündədir: “Stadion Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərini keçirmək üçün də hazırdır. Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə əsasən, bu mərasimlər üçün ən azı 80 min tamaşaçı tutumu olmalıdır. Bakı Olimpiya stadionu hazırda 68 min tamaşaçı tutumuna malikdir. Lakin arenanın layihələşdirilməsi zamanı əlavə tribunalar hesabına bu rəqəmin artırılmasının mümkünlüyü də nəzərə alınıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info