CEV prezidenti Bakının hazırlığını yüksək qiymətləndirib
Tarix: 26.06.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Andre Meyer: “Azərbaycan I Avropa Oyunlarını uğurlu şəkildə təşkil edib, bununla da beynəlxalq miqyasda mövqeyini bir qədər də gücləndirdi”

Bakıda Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi şəxsləri ilə Azərbaycan və Gürcüstan Voleybol federasiyalarının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə I Avropa Oyunlarını izləməyə gələn CEV-in prezidenti Andre Meyer və vitse-prezidenti Yan Xronek, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov və icraçı-direktoru Mixail Frişman, həmçinin Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua və baş katibi Andriya Lejava iştirak ediblər. Azərbaycan və Gürcüstan qadın voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi edəcək. Görüşdə məhz bu məsələ ilə bağlı müzakirələr aparılıb, hər iki ölkənin yarışın təşkilatçılığını yüksək səviyyədə yerinə yetirəcəyi bildirilib.
CEV-in prezidenti Andre Meyer Azərbaycanın I Avropa Oyunlarına layiqli şəkildə ev sahibliyi etdiyini bildirib. O qeyd edib ki, təşkilatçı ölkələr bu missiyanın öhdəsindən gələ biləcəklər: “Avropa Çempionatına hələ 2 il vaxt qalsa da, artıq təşkilatçı ölkələr bu yöndə işlərə başlayıblar. Azərbaycan I Avropa Oyunlarını uğurlu şəkildə təşkil edib, bununla da beynəlxalq miqyasda mövqeyini bir qədər də gücləndirdi. Gürcüstanda isə bu il gənclərin Avropa Olimpiya Festivalı keçiriləcək və bunu səbirsizliklə gözləyirik. Bir sözlə, 2017-ci ildə keçiriləcək voleybol üzrə Avropa çempionatını təşkil etməyə hər iki ölkənin təcrübəsi imkan verəcək. Əminik ki, Azərbaycan və Gürcüstan ideal atmosfer yaradacaqlar. Avropa Oyunları artıq başa çatmaq üzrədi. Fanatlar indidən daha bir mötəbər yarışı, voleybol üzrə Avropa Çempionatını səbirsizliklə gözləyə bilərlər”. Qeyd edək ki, AVRO-2017-nin həlledici matçlarının Azərbaycan və Gürcüstanda keçirilməsi ilə bağlı qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilmişdi.
Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb
17.03.2019
ABŞ təmsilçisi idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info