Bakıdakı Azarkeşlər Evində balaca idman həvəskarları üçün proqram
Tarix: 26.06.2015 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunları dövründə Bakıda açılmış Azarkeşlər Evində uşaqlar üçün xüsusi təhsil proqramına start verilib. Burada məxsusi olaraq internat-məktəblərdə, uşaq evlərində və hətta uşaq bağçalarında tərbiyə alan balaca azarkeşlər üçün bu Evin ekspozisiyası üzrə ekskursiyalar keçirilir. Uşaqlar burada idman haqqında, Bakıda keçirilən birinci Avropa Oyunları haqqında çoxlu yeni və faydalı məlumat əldə edə biləcəklər. Balaca azarkeşlərin hər birinə Oyunlara həsr edilmiş ən yaxşı rəsm və applikasiya müsabiqəsində iştirak etmək və əlbəttə, şirniyyata qonaq olmaq imkanı verilir. Azarkeşlər Evinin mətbuat xidmətindən verilən məlumata görə, burada uşaqlar üçün hazırlanmış proqramın ilk iştirakçıları 3 nömrəli Uşaq Evində tərbiyə alan balacalar olub. Azarkeşlər Evində çalışan volonterlər uşaqlara yay idman növləri barədə həvəslə məlumat verib, müxtəlif idman avadanlıqlarını nümayiş etdirib, balacaları Oyunlarda iştirak edən idmançılarla tanış ediblər. Uşaqlar Olimpiya Oyunlarının bürünc mükafatçısı Andrey Kirilenkonun basketbol topu və ikiqat Olimpiya çempionu Yevgeniya Kanayevanın gimnastika gürzləri ilə həvəslə oynayıb, ikiqat Olimpiya çempionu Tatyana Loqunovanın qılıncoynatma maskasını üzlərinə taxıb, hətta əsl idman kamanının tətiyini çəkməyi sınaqdan keçiriblər. Balaca idman həvəskarlarını ən çox sevindirən isə əlbəttə, yarışların keçirildiyi traslara peşəkar idmançıların gözü ilə baxmağa imkan verən üçölçülü 3D eynəkləri olub. Balaca qonaqların hər biri Azarkeşlər Evini tərk edərkən onlara hədiyyə kimi akvaqrim dəsti, üzərində Azarkeşlər Evinin emblemi və “Bizimkilərə azarkeşlik edirik!” devizi olan nişanlar və yapışdırma şəkillər hədiyyə edilir. Təhsil proqramı çərçivəsində indiyə qədər Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin uşaqlardan ibarət qrupları, habelə dəfələrlə bədii gimnastika üzrə beynəlxalq turnirlərin mükafatçısı olmuş Zeynəb Cavadlının yetirmələri olan gənc gimnast qızlar artıq Azarkeşlər Evində olublar. Azarkeşlər Evinə gələn hər kəs “Azarkeşin soraq kitabı”nı, suvenirlər və əlbəttə, bayraqlar ala bilər. Azarkeşlər Evinin qapıları buraya gəlmək istəyən hər kəs üçün 2015-ci il iyunun 12-dən 28-dək səhər saat 10-dan axşam saat 21-dək acıqdır. Giriş sərbəstdir.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info