İtaliya mətbuatı Ermənistandakı aksiyalardan yazır
Tarix: 29.06.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


İtaliyanın bir sıra xəbər saytları Ermənistanda keçirilən kütləvi etiraz aksiyaları ilə bağlı məlumatlar yayır.
Məlumatlarda qeyd edilir ki, Ermənistanda elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz olaraq minlərlə nümayişçi küçələrə axışıb. Artıq bir neçə gündür ki, Yerevanın mərkəzi küçələrinə çıxan 9 mindən artıq etirazçının əsas tələbi enerji qiymətlərinin qaldırılması ilə bağlı qərarın ləğv edilməsidir. Bildirilir ki, bu, ölkədə son iki ilə yaxın müddətdə üçüncü belə qiymət artımıdır. Rəsmilər bu artımın zəruri olduğunu vurğulayırlar. Çünki Ermənistanın pul vahidi dram dəyərdən düşməkdədir. Ölkə çox çətin vəziyyətdədir: iqtisadi böhran, işsizliyin səviyyəsinin artması, əmək haqlarının aşağı olması, korrupsiya hallarının genişlənməsi və bu kimi digər amillər sosial gərginliyə səbəb olur.
İtaliyalı oxucuların diqqətinə çatdırılır ki, nümayişlər zamanı 25 nəfər yaralanıb, 237 nəfər isə həbs olunub. “Human Right Watch” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistan hökumətini nümayişçilərə qarşı polis tərəfindən zor tətbiq edilməsi ilə bağlı araşdırmalar aparmağa çağırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info