“Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi”
Tarix: 29.06.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“İlk Avopa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmyerlilər, idmançılar, Prezident İlham Əliyev, qonaqlar, Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibəti ilə sizi ürəkdən təbrik edirəm”.
Bunu “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Bakı -2015” I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.
Mehriban Əliyeva müstəqil Azərbaycana yeni qələbələr, xalqımıza əmin-amanlıq arzulayıb: “Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi, bu, idman həmrəyliyinin nümunəsi oldu. Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarışda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır. Hamınızı təbrik edirəm.
Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və xidməti olan hər kəsə, azarkeşlərə təşəkkür edirəm. Siz oyunlar üçün coşqu yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan bu tədbiri keçirə bilməzdik. Siz bütün Avropadan Azərbaycana xoş gəldiniz və dostluq festivalının bir hissəsi oldunuz. Biz köhnə dostlarımızı salamladıq və yeni dostlar qazandıq.
Bakıda qarşıdakı illərdə Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək”.
M. Əliyeva ölkəmizdən və xalqımızdan böyük qürur duyduğunu vurğulayıb: “Sağ olun, atletlər, sağ ol, Azərbaycan!”
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info