Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ikincidir
Tarix: 29.06.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 360,4 milyon ABŞ dolları təşkil edib.
Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azdır.
Buna baxmayaraq Azərbaycan bu ölkənin xarici ticarət tərəfdaşları arasında ikinci yerdədir, ölkəmizlə aparılan ticarət Gürcüstanın xarici ticarət dövriyyəsinin 9,2 faizini təşkil edir.
Hesabat dövründə bu ölkədən Azərbaycana 117 milyon dollarlıq mal ixrac olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz və ya 124 milyon dollar azdır. Ən çox azalma minik avtomobillərinin ixracında qeydə alınıb - 83,8 milyon dollar. Cari ilin 5 ayında Gürcüstandan ölkəmizə 37,9 milyon dollar məbləğində minik avtomobili ixrac olunub.
Azərbaycana Gürcüstandan ixrac olunan armaturun da həcmi 5 dəfə azalaraq cəmi beş milyon dollar təşkil edib.
Gürcüstanın ölkəmizdən idxal etdiyi məhsulların həcmi də 5,5 faiz azalıb.
Cari ilin ilk beş ayında Azərbaycandan bu ölkəyə 244 milyon dollar həcmində mal ixrac olunub. Bu da Gürcüstanın ümumi idxalatının 8 faizini təşkil edir.
Azərbaycandan bu ölkəyə idxal olunan neft-qaz məhsullarının həcmi isə ötən ilin ilk beş ayı ilə müqayisədə 5 milyon dollar artaraq 147,5 milyon dollar təşkil edib.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,1 milyon dollarlıq elektrik enerjisi alıb ki, bu da 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,4 milyon dollar çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info