“Ermənistan elektrik xətləri“ satışa çıxarıla bilər
Tarix: 29.06.2015 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Ermənistanda qarşıdurmalara səbəb olan elektrik enerjisinin qiymətinin artması və hökumətin "Ermənistan elektrik xətləri" QSC-nin milliləşdiriləcəyi ilə bağlı verdiyi vədlər Rusiyanın "İnter RAO" (QSC-nin sahibi - red.) şirkətini bu müəssisəni satmasına vadar edə bilər.
Bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən xəbər verir.
Mənbə bildirir ki, Rusiya holdinqi artıq bununla bağlı erməni əsilli rusiyalı iş adamları, xüsusilə də “Taşir” qrupunun sahibi Samvel Karapetyanla danışıqlar aparıb.
"Ancaq "Ermənistan elektrik xətləri" QSC-yə yeni sahib tapmaq o qədər də asan iş deyil. Çünki, balanslaşdırılmamış qiymət tarifi "Ermənistan elektrik xətləri"nin xeyli sayda borcunun olmasına səbəb olub. Etiraz edənlər isə tələb edir ki, şirkətlərin ziyanları büdcədən kompensasiya edilməsin", - deyə mənbə bildirir.
Maraqlıdır ki, "Ermənistan elektrik xətləri" QSC-nin məxsus olduğu Rusiyanın "İnter RAO" şirkətində isə bu məsələyə münasibət bildirmirlər.
Bununla belə, vəziyyətdən agah olan mənbə təsdiqləyir ki, holdinq problemli aktivi ilə vidalaşmağa və potensial alıcılarla danışığa başlamağa hazırdır.
Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info