“İdman leksikonuna yeni bir anlayış daxil edildi - “Azərbaycan standartı”
Tarix: 29.06.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Nicat Müslümov: “İdmançılarımız Oyunlarda tarix yazdılar və ikinci ən çox qızıl medal qazanan ölkə kimi Azərbaycanı tarixə qızıl hərflərlə həkk etdilər”

Müsahibimiz “Azərişıq” ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nicat Müslümovdur.

-Sizcə təşkilatçılar “Bakı-2015” ilk Avropa Oyunlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardılarmı?
- Mehriban xanım Əliyevanın rəhbəri olduğu İlk Avropa Oyunları Təşkilat Komitəsi cənab Prezidentin yaxından dəstəyi ilə, Avropaya indiyə qədər görünməmiş möhtəşəm mənzərəni görməyi nəsib etdi. Az öncə bəzi ölkələr buna qarşı qarayaxma kampaniyası həyata keçirməyə qərar verərkən, Azərbaycanın bu mötəbər tədbirə məsuliyyətlə yanaşması, bu kampaniyanı aparanları sözün həqiqi mənasında məyus etmişdi. Azərbaycanı sevməyən və ölkəmizə qarşı xoş niyyətdə olmayanlar belə, açılış mərasimi haqqında xoş sözlər deməyə məcbur oldular. Bağlanış mərasimi də açılışdan geri qalmadı, əminəm ki, bu onları da heyran edib. Xarici ekspertlər I Avropa Oyunlarının açılış mərasimini “London” və “Soçi” Olimpiadaları ilə müqayisə edərkən, açıq şəkildə “Bakı-2015”–in daha mükəmməl olduğunu etiraf etdilər. Beləliklə də həmişəki kimi, Azərbaycan xalqı tarix yazmağı bacardı. İdman leksikonuna yeni bir anlayış daxil edildi - “Azərbaycan standartı”.
-Qısa zamanda görülən hazırlıq işlərindən sonra təşkilatçılığın belə mükəmməl olacağını gözləyirdinizmi?
-Əlbəttə. Ümumiyyətlə, bu idman tədbirinin uğurudur ki, bütün dünya Azərbaycanı bir daha yaxından tanıdı. Hamı gördü ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, bir çox ölkələrin cəsarət edə bilmədiyi məsuliyyəti öz boynuna götürdü və öhdəsindən layiqincə gəldi. Azərbaycan dünya idman tarixinə ilk Avropa Oyunlarının vətəni kimi də daxil edildi. Digər tərəfdən, əldə olunan təcrübə hələ uzun müddət ölkəmizə fayda gətirməkdə davam edəcək. Belə ki, gələcəkdə ölkəmizdə keçiriləcək Dünya Şahmat Çempionatı, daha sonra İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdacaq.
-Azərbaycan ilk dəfə idi ki, beynəlxalq idman yarışında bu qədər medal əldə edirdi və ümumi sıralamada ikinci yerə çıxdı. Bunu necə qiymətləndirirsiniz?
-Yarışlarda azərbaycanlı idmançıların uğurlu çıxışları Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan irəli gəlir. Ölkənin əksər şəhərlərində, rayonlarında yaradılan yüksək səviyyəli şərait nəticəsində yeni nəslin idmana olan həvəsi daha da çoxalıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız Oyunlarda tarix yazdılar və ikinci ən çox qızıl medal qazanan ölkə kimi Azərbaycanı tarixə qızıl hərflərlə həkk etdilər. Bir əsas məqamı da qeyd edim ki, Avropa Oyunlarının ölkəmiz üçün turizm əhəmiyyəti də böyükdür. Bu Oyunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olacaq. Əslində bizi elə idmana böyük qayğı göstərilən ölkə kimi də tanıyırdılar. Bütövlükdə, bu Oyunların müstəqil Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti oldu.
- “Bakı-2015”lə bağlı siz hansı işlər görürdünüz?
- Öncə onu qeyd edim ki, bu Oyunların Bakıda keçirilməsi mənim üçün çox sevindirici hal oldu. Çünki Azərbaycan xalqı hər zaman qonaqpərvər bir millət kimi tanınıb. İlk Avropa Oyunları Azərbaycana yalnız uğur qazandırdı. “Bakı-2015” ölkəmizdə sağlam həyat tərzinin və idmanın, infrastrukturun inkişafına mühüm təsir göstərəcək, həmçinin ölkəmizə gələcək çoxlu sayda qonaqlar turizmin və xidmət sektorunun inkişafına şərait yaradacaq. Bu Oyunlar sayəsində ölkəmizin müsbət imici daha da artacaq, uzunmüddətli investisiyalar çoxalacaq və həmçinin gələcəkdə digər nüfuzlu tədbirlərə ev sahibliyi etmək imkanı yaranacaq. Oyunlarda iştirak edəcək idmançılar və qonaqlar Azərbaycanı daha yaxından tanıdılar və ölkəmizin uğurlu inkişaf modelini gördülər. Azərbaycanın belə mötəbər yarışa ev sahibliyi etməsi gəncləri çox sevindirdi. Bizim gənclərlə tez-tez görüşlərimiz olur. Gənclərimiz hər zaman ölkəmizin maraqlarına xidmət edirlər. Hər bir sektorda gənclər var. Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Biz də “Azərişıq” ASC YAP GB olaraq hər zaman ölkəmizdə ictimai-siyasi işlərdə aktiv oluruq. Bu yay ilk Avropa Oyunlarına biz də öz dəstəyimizi veririk, istər sosial şəbəkələrdə, istərsə də tədbir və görüşlərdə təbliğat aparırıq. Qeyd edim ki, mənim “Facebook”da yaratdığım “Gənc Liderlər Heydər Əliyev Yolunda” qrupuna qısa zamanda 7000-dən çox insan üzv olub. Qrup üzvlərinin sayı gündən-günə artır. Qrup, adından bəlli olduğu kimi, Azərbaycanın bütün maraqlarına xidmət edir. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri ilk Avropa Oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır. 100 nəfərə yaxın könüllü gəncimiz var. Paytaxtdan və bölgələrdən olan gənclər, eləcə də xaricdə təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər. Onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Müxtəlif dillərdə statuslar yazaraq, ilk Avropa Oyunlarını, Azərbaycanı təbliğ edirdik. Qrupun daxilində tez-tez görüşlər keçirir, konfranslar keçiririk. Demək olar ki, hər gəncin fikrini öyrənirik. Gənclərimiz çox aktivdirlər, dayanmadan 24 saat qrupda “Bakı-2015”lə bağlı paylaşımlar olur. Mən deyərdim ki, gənclərimizin bu cür aktiv olması onu göstərir ki, biz ilk Avropa Oyunlarına tam hazır idik. Hesab edirəm ki, biz gənclər Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik.
- Bir qədər də gündəmdə olan bu mövzudan kənara çıxaq. Yeni Azərbaycan Partiyasında gənclərin fikirlərinə nə dərəcədə yer verilir?
- Bir məqamı qeyd edim ki, YAP gəncləri də bu idman tədbirinə öz töhfələrini verdilər. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası öz məqsəd və məramına uyğun olaraq gənclərin hüquqi dövlət və sivil vətəndaş quruculuğu proseslərində yaxından iştirakına münbit şərait yaradıb. Bilik və bacarıqları günümüzün tələblərinə cavab verən, Vətəni, milləti üçün fəaliyyət göstərmək istəyində olan ictimaiyyətçi gənclər Yeni Azərbaycan Partiyası tərəfindən daim himayə olunurlar. Gənclərimiz partiya xətti ilə mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, müxtəlif beynəlxalq təşkilatların təşkil etdiyi seminarlara qatılaraq ölkəmizi təmsil edirlər. Bu səbəbdən də zamanını Vətəni, xalqı, milləti üçün dəyərləndirən gəncliyin böyük əksəriyyəti YAP-ın sıralarındadır.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info