“17 gün ərzində hər gün xalqı medallarla sevindirdik”
Tarix: 29.06.2015 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


"Bu günlərdə Azərbaycanı, idmanı sevən insanlar kövrəlirlər, çünki bu gün bu tədbir sona çatır. Xarici qonaqlar ölkələrinə qayıdırlar. Onlar bizə təşəkkür edir və Azərbaycandan razı gedirlər".
Bunu birinci Avropa Oyunlarının yekunlarına dair keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.Nazir bildirib ki, 2 il yarımdan da az müddətdə biz bunu bacardıq və Azərbaycanı bütün dünyaya təqdim edə bildik: "Biz bəyan etdik ki, bu gözəl ölkədə qonaqsevər, bacarıqlı bir xalq yaşayır. Bu idman yarışması xalqın böyük bir təntənəsi idi".
A.Rəhimov deyib ki, Azərbaycan idmançıları Avropa Oyunlarında böyük nailiyyət qazandı: "Mən gözləmirdim ki, bizim komandamız bu Oyunlarda ikinci yeri tutsun. Bizim idmançılarımız 56 medal, o cümlədən 21 qızıl medal qazanmaqla öz adlarını Azərbaycan tarixinə həkk etdilər. Prezident onların işini yüksək qiymətləndirdi. Hamımız bu böyük bayramı yaşadıq. 17 gün ərzində hər gün xalqı medallarla sevindirdik. Xalq öz rəğbətini onunla bildirdi ki, bütün idman arenaları dolu idi, xalq tamaşa etməyə gəlirdi və bu bizi çox sevindirirdi".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info