“Atlantico”: “Avropa Yunanıstan iqtisadiyyatını necə dağıtdı?”
Tarix: 29.06.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Fransanın “Atlantico” media qurumu Avropanın Yunanıstan iqtisadiyyatını necə dağıtması ilə bağlı maraqlı faktlara əsaslanan yazı yazıb. “Avropa Yunanıstan iqtisadiyyatını necə dağıtdı?” başlıqlı yazıda qeyd edilir ki, 2008-ci il böhranının başlanğıcından Avropa Mərkəzi Bankı Yunanıstan iqtisadiyyatının məhv edilməsi ilə bağlı məsuliyyət zəncirində ön sıralarda dayanıb: “Ən başlanğıcdan Avropa Mərkəzi Bankı Yunanıstana təzyiqi artırmağa başlayıb. 2008-ci ilin yazında dünya dönməz surətdə resessiyanın başlanğıcına doğru yönəlmişdi. Bütün göstəricilər xəbər verirdi ki, 2008-ci ilin iyunundan dünyada iqtisadi fəaliyyət azalıb. Amma Avropa Mərkəzi Bankı həmin ilin aprelində, sonra isə iyununda yatırımı iki dəfə artırdı. Jan-Klod Trişe çox böyük bir yanılmaya getdi və bu, onsuz da bütün sahələrdə tormozlayan Avrozona iqtisadiyyatına ən ağır zərbəni vurdu. Üç il sonra Jan-Klod Trişe səhvini təkrarladı, 2011-ci ildə faiz yatırımını yenidən qaldırdı.
Avropa Mərkəzi Bankının Avropa iqtisadiyyatı üçün nəticələrinin tammiqyaslı ölçülməsi üçün avropalıların maliyyə artımlarını unutmaq lazımdır. Belə ki, stabil valyuta sistemi 2008-ci ildən sonra Avropada baş verən böhranlar kimi kataklizmlərin qarşısının alınması üçün vacib rol oynayır. Bu baxımdan, öncə inflyasiyanın stabilliyini nəzərə almaq lazımdır. Avrozonada isə inflyasiya aşağı-yuxarı hərəkət edir.
Bu hələ hamısı deyil. Avropa Mərkəzi Bankının bais olduğu daha bir məqam var: nominal iqtisadi artımın stabilliyi məsələsi. Nominal iqtisadi artım real iqtisadi artımdan fərqlənir, çünki bu, inflyasiya göstəricilərini özünə aid etmir.
Məsələ ondadır ki, nominal artım Avropa Mərkəzi Bankının birbaşa nəzarəti altındadır. Və bu sahədə uyğunsuzluğu nominal artım punktunda təsəvvür etmək olar: 2008-ci ildən bəri 22 faiz.
Avrozona 1929-cu uldən bəri görünməyən miqyasda böhrana qatlaşarkən, üzv ölkələr arasında ən kövrək iqtisadiyyatlarla haqq-hesab çəkilməyə başladı. Buraya Yunanıstanı aid etmək olar.
Ölkənin iqtisadiyyatı məhv edilib. Burada xatırlatmaq vacibdir ki, Avropa Mərkəzi Bankı yunan əhalisindən bankın səhvlərinə görə ödəmə tələb etmək məqsədi olan “üçlüyün” bir hissəsidir.
Sərt valyuta tədbirlərinə büdcə tədbirləri də əlavə ediləndən sonra ölkənin Ümum Daxili Məhsulu
26,27 faiz azaldı. Belə ki, bu azalma 2008-ci ilin son rübündən 2015-ci ilin birinci rübünə qədərki vəziyyəti göstərir. Hazırda ölkədə işsizlik faizi 26,6 faiz təşkil edir.
Ölkənin iqtisadiyyatı dağılandan sonra Yunanıstan əhalisi öz narazılıqlarını seçkilərdə göstərdi və hakimiyyətə SİRİZA gəldi.
2015-ci ilin 22 yanvarında - yeddi il gecikməklə, Avropa Mərkəzi Bankı valyutaya aid antiböhran tədbirləri həyata keçirməyi qərara aldı və bütün avrozona üçün bir trilyon avrodan artıq iqtisadi artım elan etdi. O cümlədən, proqram üzv ölkələrin dövlət istiqrazlarının alınmasını nəzərdə tutur. Avrozonada artımla bağlı cəhdlər bu addımın birbaşa təsirləri ilə başlayır. Amma bu,təkcə Yunanıstana aid deyil. 2015-ci il martın 5-də Mario Draqi Nikosiyada belə bir bəyanat verib: “Hazırda Avropa Mərkəzi Bankı yunan istiqrazlarını ala bilməz. Yunanıstan öz istiqrazlarına görə ödəmələr həyata keçirəndən sonra biz yunan istiqrazlarının yeni proqrama əsasən alışına başlaya bilərik. Yunanıstan isə bu ödəmələri iyul və avqustda həyata keçirəcək”.
Yazıda o da qeyd edilir ki, Mərkəzi Avropa Bankının tədbirləri nəticəsində Yunanıstan iqtisadiyyatı diz üstə çökməkdədir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info