37 ölkəni qabaqlayan 16 yaşlı çempion
Tarix: 29.06.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Bakı-2015” I Avropa Oyunlarında ən çox medal qazanan idmançılar müəyyənləşib. 7 dəfə çempion adına yiyələnən 16 yaşlı rusiyalı üzgüçü Arina Openışeva yarışların rekordçusu olub. O, 7 qızılla yanaşı, 1 gümüş medala da sahib çıxıb. Bu göstərici ilə o, Avropa Oyunlarına qatılan 50 ölkədən 37-ni qabaqlayıb. Yalnız qeyri-rəsmi komanda hesabında ilk 13 yeri tutanlar Arinadan öndə qərarlaşıb.
Digər rusiyalı üzgüçü Mariya Kamenova ümumi medal sayında rekord vurub. Həmyerlisi ilə müqayisədə qızılı az olan Kamenova 9 dəfə fəxri kürsüyə qalxıb. O, 6 qızıl, 1 gümüş və 2 bürüncə yiyələnib. 6 çempionluq yaşayan daha bir idmançı - Polina Yeqorova da Rusiya üzgüçüsüdü. Qızıldan başqa mükafat qazanmayan idmançı ümumi siyahıda 3-cüdü. Bu 3 idmançının aktivindəki 19 qızıl isə yalnız Azərbaycanın çempionluğundan azdı. Digər 48 iştirakçı ölkə isə rusiyalı “üçlüy”ə həsəd apara bilər. Ümumilikdə, “Bakı-2015” I Avropa Oyunlarında 10 idmançı 5 və daha çox medal qazanıb. Bu rekordçuların 9-u üzgüçülük, 1-i idman gimnastikasını təmsil edir. Üzgüçü olmayanlar arasında siyahıya düşən yeganə idmançı isə Azərbaycan gimnastı Oleq Stepkodur. Təmsilçimizin yer aldığı “onluq”da 5 qadın, 5 kişi idmançı yer alıb. İlk 3 pilləsində qadınların yer aldığı cədvəldə ən yaxşı kişi atlet Dmitri Paxomovdu. Rusiyalı üzgüçü 4 qızıl və 1 gümüşə sevinib. Kişilər arasında yalnız 1 iştirakçı - medalların ümumi sayında Stepkonu arxada qoyub. Bu, böyük britaniyalı üzgüçü Dsnkan Skottdu. Onun hesabında 6 mükafat var. Stepko və digər 3 kişi idmançı 5 dəfə fərqlənib.
Maraqlıdır ki, 5 və daha çox medal alanlar arasında çempionluğa həsrət qalan da var. Bu da rusiyalı qız üzgüçülərin kölgəsində qalan böyük britaniyalı Jorjia Koatesdir. 5 və daha çox medal qazananların siyahısında Rusiya və Böyük Britaniya hərəyə 4, Azərbaycanla Hollandiya isə 1 idmançı ilə təmsil olunub. İlk “onluq”da yer alan 4 idmançı dörd və daha çox qızıl medala yiyələnib. Onlardan başqa üzgüçülər Anton Çupkov, Mariya Astaşkina, Vasilisa Buynaya və bədii gimnast Yana Kudryavtseva da eyni sayda çempionluq yaşayıb. Lakin onlar elə 4 medalla kifayətlənib.
Qeyd edək ki, 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub.
21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 79 dəfə çempionluq yaşayıb. 40 gümüş və 45 bürüncü də olan rusiyalılar 164 medala sahib çıxıb. İlk “üçlük”də Böyük Britaniya yığması da yer alıb. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pillə ilə kifayətlənib.
Ümumilikdə isə “Bakı-2015”də 844 medalın sahibi bəlli olub. 253 qızıl və gümüşlə yanaşı, 338 bürünc mükafat oynanılıb. Bunlara 50 iştirakçı ölkədən 42-nin idmançıları yiyələnib. Onlardan 31-i çempionluq qazanmağı bacarıb. Lüksemburq, Malta, Bosniya və Herseqovina, Andorra, Albaniya, İslandiya, Lixtenşteyn, və Monako isə “Bakı-2015”i medalsız tərk edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info