Naxçıvan Avtomobil Zavodunun istehsalı olan maşınlara tələbat artır
Tarix: 29.06.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Avtomobil Zavodunda 9 modeldə avtomobil istehsal olunur. Bu avtomobillərə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrində də tələbat artmaqdadır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara “NAZ-Lifan LF-320” model avtomobillərin verilməsi “NAZ-Lifan” brendinə olan marağın və etibarın daha bir göstəricisidir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilib. Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün daha 400 avtomobilin istehsalı nəzərdə tutulub. Texniki göstəricilərinə və dizaynına görə seçilən bu avtomobillər daxili bazarda xüsusi yer tutmaqla bərabər, xarici bazarda da özünə müştəri tapıb. Artıq bu ildən başlayaraq “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modelləri Belarus Respublikasına ixrac olunur. Qeyd edək ki, 2010-cu ildə 37 nəfərlə fəaliyyətə başlayan zavodda hazırda 65 mütəxəssis çalışır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info