“Intourist Hotel Baku” tələbələr üçün təcrübə proqramı təşkil edir
Tarix: 29.06.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Hotel və kurort idarəçiliyi sahəsində ixtisaslaşan “Absheron Hotel Group”a daxil olan “Intourist Hotel Baku” Azərbaycanda təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edir.
Mehmanxanadan bildirilib ki, təqdim olunacaq təcrübə proqramının məqsədi gənc kadrların qonaqpərvərlik və turizm sektoru haqqında daha aydın anlayışa malik olmasını təmin etməkdir. Təcrübə proqramı təhsilini davam etdirən və ya yenicə bitirmiş tələbələrə mehmanxananın hər bir şöbəsində təcrübə keçməklə qonaqpərvərlik və turizm sahələrində karyera qurmağın yollarını öyrədəcək. Proqramı uğurla başa vuran tələbələr nəinki “İnturist” mehmanxnasında, həmçinin “Absheron Hotel Group”-un digər mehmanxanalarında da vakant yer olduğu halda işlə təmin edilə bilərlər. “İnturist” mehmanxanasının baş direktoru Marko Rabbia bildirib ki, təcrübə proqramı uzunmüddətli olacaq və biz mütəmadi şəkildə müəyyən tədris müəssisələri ilə danışıqlar aparıb tələbələri bu proqrama cəlb edəcəyik. Namizədlər mehmanxananın hər sahəsində təcrübə keçmək üçün müraciət edə bilərlər. Təcrübə proqramının minimal müddəti dörd həftədir. Qeyd edək ki, kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayan “Absheron Hotel Group” Təhsil Nazirliyi ilə birgə 5 nömrəli Bakı Peşə Liseyində qonaqpərvərlik sahəsində praktik bacarıqların inkişaf etdirilməsinə yönəldilən qeyri-akademik təlim proqramı təsis edib. “Intourist Hotel Baku”nun təcrübə proqramı “Absheron Hotel Group”un hotel sektorunda gənc kadrların hazırlanmasının davamıdır.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info