Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı payı müəyyənləşib
Tarix: 29.06.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) təsisçi üzv ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü keçirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Si Cinpin AİİB-in Asiya regionunda və dünyada yoxsulluğun azaldılması və infrastrukturun inkişafında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib. Bu ilin aprelin 27-28-də Pekində və mayın 20-22-də Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış bankın əsas təsis sənədi olan "Maddələr Sazişi"i bu günə təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanıb. Azərbaycan hökuməti adından təsis sənədini maliyyə naziri Samir Şərifov imzalayıb. Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 mlrd. ABŞ dolları məbləğində müəyyən edilib ki, bunun da təxminən 75%-ni Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Azərbaycanın bankda iştirak payı isə 0,25%, yəni 245,1 mln. dollar təşkil edib. Mənzil qərargahı Pekində yerləşəcək AİİB cari ilin sonundan fəaliyyətə başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info