Tunisdə həlak olan turistlərin azı 30 nəfəri britaniyalıdır
Tarix: 30.06.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Tunisdə cümə günü baş verən terror hücumu nəticəsində həlak olan turistlərin azı 30 nəfəri Böyük Britaniya vətəndaşıdır. BBC telekanalı xəbər verir ki, "Imperial Marhaba" otelinin çimərliyində turistlərə atəş açan yaraqlının qurbanlarının ümumi sayı isə 38 nəfərdir.
Böyük Britaniyanın Baş naziri Devid Kemeron Daily Telegraph qəzetində yerləşdirilən məqaləsində hadisədən şoka düşdüyünü, həlak olanlara görə təəssüfləndiyini, lakin qorxu hissini yaxına buraxmayacağını bildirib. Həyatını itirən turistlərin qohumlarına başsağlığı verən Britaniya Kraliçası II Yelizaveta da öz növbəsində özünün və həyat yoldaşı şahzadə Filippin hadisədən məyus olduğunu qeyd edib. İyunun 28-də Tunisdə həlak olan vətəndaşlarının xatirəsinə hörmət əlaməti olaraq Böyük Britaniya Baş nazirinin iqamətgahında, həmçinin digər hökumət binalarında bayraqlar endirilib. Xatırladaq ki, iyunun 26-da Tunisin Sus şəhəri ətrafında yerləşən Əl-Kantaui kurortundakı "İmperial Marhaba" otelinin çimərliyinə daxil olan silahlı şəxs burada istirahət edən turistlərə atəş açmağa başlayıb. Bundan sonra basqın edən şəxs polis tərəfindən öldürülüb. Hadisədən sonra “İŞİD” qruplaşması basqına görə məsuliyyəti üzərinə götürüb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info